Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-08-2016, 09:26)
7 rayonun qaytarılması prosesi: Qərb və Rusiya...

7 rayonun qaytarılması prosesi: Qərb və Rusiya...

Suriya və Dağlıq Qarabağ məsələsi paralel surətdə yürüdülə bilər. Məncə, dünyanın iki qaynar nöqtəsi növbəti münaqişələrin həllinə bir töhfə ola bilər.

 

Bunu  politoloq Qabil Hüseynli bildirib. Sabiq dövlət müşaviri bir sıra geosiyasi dəyişiklərdən dolayı Suriya məsələsinin Qarabağ problemini önə keçməyəcəyini deyib:

 

“Putin Ərdoğanla görüşündə əvvəl Suriya, sonra Dağlıq Qarabağ məsələsinin həll olunacağını bildirib. Rusiya prezidentinin fikrincə, Suriya böhranı həll edilməyincə Qarabağ prosesinə girişmək məqsədəuyğun deyil. Qərb ehtiyatlı da olsa, Qarabağ məsələsini tez-tez gündəmə gətirir. Ancaq Qərb də Suriya və İŞİD məsələsinin sonlanmasını çox istəyir. Çünki miqrant axını Avropanı ciddi surətdə narahat edir”.

 

Bununla yanaşı, politoloq Qarabağ probleminin həllinə mane olan amillərdən biri kimi Ermənistanda cərəyan edən hadisələri göstərib:

 

“İrəvan yenə də əhalinin çıxışlarına rəvac verir. Bu, kütləvi tədbirlər şəklində olmasa da, hər halda etiraz, lokal mitinqlər şəklində özünü büruzə verir. Üstəlik, irəli sürülən tələblər əvvəlkinə nisbətən yumşalıb. Məsələn, əvvəl deyirdilər ki, hətta Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlardan bir qarış belə verməyəcəklər. İndi isə belə bir tezis irəli sürülür: yeddi rayonu verməyə hazırıq, bəs əvəzində bizə nə veriləcək? Aydındır ki, danışıqlar başlayan kimi ermənilər Dağlıq Qarabağın statusunda razılığa gəlməyi tələb edəcəklər: ya keçici status verilə bilər, yaxud da bölgəyə rus sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq, referendumun keçirilməsinə hazırlıq işlərinə başlanıla bilər. Ermənilərin arzusu da məhz budur. Açıq-aşkar 7 rayonu geri qaytarmağa razıdırlar, o şərtlə ki, eyni zamanda, Dağlıq Qarabağın müstəqilliyi və ya onun Ermənistana birləşdirilməsi məsələsi həll olunsun. Azərbaycan bunu qəbul etmir və konstitusiyasında tətbiq edilmiş unitar dövlət quruluşunu pozmaq niyyətində deyil”.

 

Payızda müharibə variantının yenidən gündəmə gəlmə ehtimalını şərh edən Q.Hüseynli bunun ehtiyat variantlardan biri kimi nəzərdə tutulduğunu deyib:

 

“Bu, çılğın, hətta Kremlə tabe olmaq istəməyən ermənilərin havasını alacaq. Çox yaxşı bilirlər ki, Azərbaycan ordusu yenidən xeyli uğurlar qazana bilər və bu da ermənilərin danışıqlar masasında əl-qolunu bağlayacaq. Ruslar isə Dağlıq Qarabağa qoşun yeritmək fikrini bir an belə unutmurlar. ABŞ, AB, BMT və ATƏT bunun əleyhinədir. Bölgəyə yaxın ölkələrin heç birindən sülhməramlı qüvvələr yeridilə bilməz. Bir sözlə, proseslər sanki gedir, ancaq avqust ölü ay olduğuna görə dayanıb. Ancaq proseslər söylənildiyi kimi dalana da dirənməyib. Əl altından müxtəlif variantlar yenə müzakirə edilir, xarici işlər nazirləri və prezidentlərin payız görüşünə hazırlıq görülür. Mümkündür ki, payıza qədər Suriyada sakitlik əldə edilsin. Putinin dediyi kimi, Suriya məsələsi önə keçə və ya keçməyə də bilər. Yəni Suriya və Dağlıq Qarabağ məsələsi paralel surətdə yürüdülə bilər. Məncə, dünyanın iki qaynar nöqtəsi növbəti münaqişələrin həllinə bir töhfə ola bilər”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024