Karusel (1-05-2014, 14:35)
Mikayıl döyülməsindən danışdı
Space Televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
“Mediatv.az”-a açıqlamasında teleaparıcı "Zəhmətkeş ulduzlar" adlı verilişinin çəkilişləri zamanı döyülmədiyini, sadəcə söz-söhbət yarandığını bildirib:
“ “Zəhmətkeş ulduzlar” verilişinin çəkilişləri zamanı bir nəfər səhv başa düşüb, elə bilib ki, toydur və burada sifariş etmək olar. Biz də ona dəfələrlə başa saldıq ki, bu toy deyil, verilişdir və formatı var. O da üstümə əsəbi halda gəldi ki, necə olmaz, mən mahnı sifariş verirəm.
Saytlarda yazılıb ki, döyülmüşəm. Orada döyülmə olmayıb, sadəcə adam üstümə gəlib. Ağcabədi yurdumdur mənim, orada necə döyülə bilərəm? Verilişin çəkilişi aprelin 15-də baş tutub, hadisənin üstündən 16 gün keçib. Həmin veriliş bazar günü efirə gedib, ondan sonra mən çəkilişlər etmişəm, verilişlərə çıxmışam”.