Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-08-2016, 12:46)
“İdmanı oliqarxlardan xilas etmək lazımdır” - VİP sədri

“İdmanı oliqarxlardan xilas etmək lazımdır”

“Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının nəticəsindən aydın görünür ki, böyük idman ilk növbədə güclü iqtisadiyyata malik dövlətlərin inkişaf etdirə bildiyi sahədir. Dünyanın aparıcı 7 dövlətindən 6-sı (ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya) oyunların nəticəsi üzrə birinci 10-luqda qərarlaşıb. Bircə Kanada ikinci onluqda yer alıb” 

 Mediatv.az cebhe.info-ya istinadən xəbər verir ki, bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, Rio-2016-nın medal yüklü birinci heyətinin digər 4 dövlətləri- dünya iqtisadi gücünün ikincisi Çin (3-cü yer), dünya ilə qarşıdurmada olmağına baxmayaraq iddialı nəhəng Rusiya (4-cü yer), Cənubi Koreya (8-ci sıra) və sonuncu Avstraliyadır(10-cu yer):


“Bu ardıcıllıq bariz şəkildə göstərir ki, yüksək əyarlı idman birbaşa cəmiyyətin rifahı və dövlətin gücü ilə üzvü şəkildə bağlıdır. Reytinq siyahısında təsadüfün olması, demək olar ki, mümkün deyil. Maraqlı bir neçə statistik nəticəyə baxaq. Dünyanın siyasi lideri ABŞ ən yaxın izləyicisi və siyasi müttəfiqi Böyük Britaniyadan toplam təqribən 2 dəfə çox mükafata malikdir. Reytinq siyahısının düzümünə səbəb olan qızıl medalları isə müvafiq olaraq 46 və 27-dir. ABŞ-ın dünya rəqabətinin bütün seqmentlərində üstün olduğunu mübahisələndirməyə ehtiyac qalmır”.

VİP sədri bildirib ki, diqqəti cəlb edən bir məqam millətlərin bu idman rəqabətində yer almasıdır:

“Anqlo-saksların qurduğu və yaxud başqa cür ifadə etsək, Birləşmiş Krallığa bu və ya başqa şəkildə aiddiyyatlı olan dövlətlərin göstərdiyi idman uğurları ilgincdir. ABŞ(1), Böyük Britaniya(2), Avstraliya(10), Yeni Zelandiya(19), Kanada(20) birlikdə 257 medal alıblar ki, bunların 89-u yüksək əyarlıdır. İngilis dili ana dili olan bu millətin sistem yaratma qabiliyyətinə həsad aparmamaq olmur. Məhz bu qabiliyyətə görədir ki, dünyanın aparıcı dili ingillis dili, birinci valyutası ABŞ dolları, lideri isə ABŞ-dır. Diqqətçəkən digər məqam idman yarışlarına dövlət və hökumətlərin rasional və irrasional yanaşmasıdır. Bütün dövlətlər bayraqlarının yüksəlməsində, idmançılarının güclü görünməsində maraqlıdırlar. Lakin idmançıların mükafatlandırılmasına hərə öz ağlı və siyasəti ilə yanaşır. İdmançılara qızıl medal üçün ən çox mükafat nəzərdə tutan ölkələrin ilk üçlüyü belədir: Sinqapur (753 000 dollar), İndoneziya (383 000 dollar), Azərbaycan (255 000 dollar).

Göründüyü kimi dünya idmanının liderləri siyahıda yer almayıb. ABŞ olimpiya çempionlarına cəmi 25 min $ mükafat nəzərdə tutur ki, bunun da 40%-ni vergi formasında geri alır. Dünya olimpiadalarının əfsanəsi, 22 qat olimpiya çempionu amerikalı üzgüçü Maykl Felps bu dəfə qazandığı 5 qızıl və 1 gümüş medal qarşılığında qazandığı 155 000 dolların 55 000 dollarını vergi şəklində xəzinəyə qaytarmalı olacaq. Böyük Britaniyada isə çempionlara dövlət adına təşəkkürdən başqa heç bir imtiyaz nəzərdə tutulmayıb. Əhalisi bizim qədər, dövlət büdcəsi isə bizdən təqribən 13-14 dəfə çox olan İsveç də belə prosedurla kifayətlənir”.

Əli Əliyev hesab edir ki, Azərbaycanda bu törən eybəcərlik və ifratçılıqdır:

“Olimpiya çempionları siyasi göstərişlə elə həcmdə mükafatla yüklənirlər ki, daha həmin şəxsin idmanda qalması, məşq etməsi, dövləti tanıtması və təbliği üçün bir həvəsi qalmır. Göstərilən fantastik rəsmi mükafat məbləğindən əlavə hər oliqarx xoşa gəlmək üçün çempiona "nə isə etməyi" özünə borc bilir. Bununla da idmançı bitirilir. Belə yanlışlardır ki, Rio-2016-nın nəticəsi üzrə Qafqazda özümüzü lider dövlət adlandırmağımıza, insan resurslarımızın 2-3, maddi imkanlarımızın və idmana kapital qoyuluşlarımızın dəfələrlə çox olmasına rəğmən qonşularımızdan fərqlənə bilmədik: Gürcüstan (38), Azərbaycan (39), Ermənistan (42).

Nə qədər ki, biz işlərimizə əsaslı yanaşmayıb, gördüyümüz əməlləri tamaşa üçün edəcəyik nəticələrimiz belə olacaq. İdman məktəbləri yaratmaq, əhalini idmana təşviq və sağlam həyat tərzini təbliğ etmək əvəzinə kənardan gələnləri yedirtdikcə, nəticələrimiz üzü aşağı gedəcək. İdmanı oliqarxlardan xilas etmək lazımdır. Bu nazir-oliqarxlar iqtisadiyyatı nə günə qoydular ki? İdmanı necə abad edəcəklər? Dünya məmurlarından kim Bakıda olursa, hamını sonradan rüşvət və dələduzluq üstündə həbs edib işlərindən qovurlar. Buna qədər AFFA ilə dostluq edən Blatter, Platini və digər FİFA məmurları cəzalandırılmışdısa, indi də Avropa Olimpiya komitəsinin rəhbəri Patrik Hikki (Patrick Hickey) Braziliyada həbs edildi”.

VİP sədrinin sözlərinə görə, idmanımızı, iqtisadiyyatımızı, cümlə cəmiyyətimizi düz yola çıxarmağın yolu dəyişiklikdən keçir:

“Hakimiyyətə səslənərək bildirirəm ki, bu düşüncə və yanaşma tərzini dəyişməsəniz ölkə inkişaf etməyəcək. Əksinə reqres bizi hər addımda təqib edəcək. Düzəlmək üçün nə isə kəşf etməyə ehtiyac yoxdur. Dünya nümunələrlə doludur. Ağıl sahibləri başqalarının nümunəsində öyrənirlər, yalnız səhv fikirləşənlər prospekt olduğu halda çığır açmağa baş vururlar. Azərbaycansayağı, daha doğrusu YAP-vari spesifikadan imtina etməyin vaxtı çoxdan çatıb. Dünyaya göz gəzdirib, uyğun model tapmaq o qədər çətin deyildir. Buna sadəcə iradə və güc lazımdır, əqli güc”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024