Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-08-2015, 22:41)
İranlı qadınlar Qəbələdə qızıl və bürünc medal qazandılar

İranlı qadınlar Qəbələdə qızıl və bürünc medal qazandılar

 

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.

Avqustun 10-da qadınlar arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi başa çatıb. Yarışda İran və Çin idmançıları digər ölkələrdən olan rəqiblərini xal hesabı ilə üstələyərək mükafat qazanıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final mərhələsində iştirak edən 8 idmançıdan 3-ü İranın qadın atıcısı olub. Yarışda İlahə Əhmədi (İran) 207.8 xalla birinci, Binbin Zanq (Çin) 207.4 xalla ikinci, Nəjmeh Hedmati (İran) 185.5 xalla üçüncü yeri tutub. Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
 
Qeyd edək ki, 3 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 8 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəş açma yarışları keçirilir. Bu yarışların qalibləri avqustun 11-də məlum olacaq. Tapança və tüfəngdən atəş açma yarışlarında Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir. 
 
Qeyd edək ki, atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024