Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (3-08-2016, 14:14)
Qəbələ Telekommunikasiya Qovşağına ayrılan vəsaitlər hara xərclənir?

 

 

Rayon sakinləri Şahin Tağıyevin fəaliyyətindən narazıdır 

Mediatv.az:  Heç şübhəsiz ki, son illər ölkənin rabitə və informasiya texnologiyaları sahəsində bir sıra ciddi nailiyyətlər əldə olunub. Lakin bu sahənin bəzi strukturları var ki, onlar yol verilən nöqsanlarla qazanılmış uğurları kölgə altına alırlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu cür strukturlarından biri də Qəbələ Telekommunikasiya Qovşağıdır. Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Şahin Tağıyevin rəhbərlik etdiyi idarədə baş verən bır sıra olaylar Qəbələ sakinlərinin narazılığına səbəb olmaqla yanaşı, aidiyyəti qurumların sözügedən müəssisənin fəaliyyətini ciddi nəzarətə götürməsilə nəticələnib.

Bu barədə danışan məlumatlı şəxsin iddiasına görə, Şahin Tağıyev dövlət büdcəsindən rəhbərlik etdiyi idarəyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsində maraqlı görünmür: "Şahin Tağıyev Qəbələnin rabitəsinə cavabdehlik daşıyır. Lakin o, üzərinə düşən işi layiqincə yerinə yetirə bilmədiyindən Qəbələ sakinləri, eləcə də müvafiq qurumlar onun fəaliyyətindən narazıdırlar. Ancaq buna baxmayaraq, hələ də onun barəsində ölçü götürülməyib, yol verdiyi nöqsanlara görə cavadehlik daşıması təmin olunmayıb. Görünür, Qəbələ Telekommunikasiya Qovşağının rəisinin arxasında hansısa səlahiyyətli şəxs dayandığından o, özünü çox rahat hiss edir və nə vaxtsa vəzifədən gedəcəyini ağlının ucundan belə keçirmir". Şahin Tağıyevin əməllərilə bağlı ətraflı məlumat verən mənbənin sözlərinə görə, Qəbələ Telekommunikasiya Qovşağı sakinlərə normal xidmət göstərə bilmir: "Məsələn, bu gün Qəbələnin əksər ərazilərində inbternet sürəti acınacaqlı vəziyyətdədir. Trafik açıqca satılır. 20-liyə 4 mb/san. olduğu halda, əslində isə heç 512 kv/san. belə yoxdur".

Şahin Tağıyevin heç kimi saymadığını, yuxarılarla hesablaşmadığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, Qəbələ Telekommunikasiya Qovşağının rəisi hətta zərərli sahədə çalışan işçilərin süd puluna da göz dikir: "Bundan başqa, Qəbələdə tikilən və quraşdırılan telefon stansiyaları, eləcə də digər rabitə obyektlərinin smetasından ayrılan vəsaitlər təyinatı üzrə sənədləşdirilmir. Yəni smetada nəzərdə tutulan vəsait görülən işin müqabilindən bir neçə dəfə çoxdur. Lakin bununla bağlı sənədləşmə elə aparılır ki, guya ayrılan vəsait tam şəkildə işin görülməsinə sərf olunub. Əgər müvafiq qurumlar bu istiqamətdə müəyyən araşdırma aparsalar, o zaman digər bir sıra məqamlara da aydınlıq gətiriləcək. O da məlum olacaq ki, hazırda Şahin Tağıyevin Qəbələnin müxtəlif yerlərində bir neçə biznes obyekti var. Bir sözlə, Şahin Tağıyev telekommunikasiya qovşağının rəisindən daha çox sahibkarı, iş adamını xatırladır".

Hazırda Qəbələdə rabitə xidmətlərinin aşağı səviyyədə olduğunu, vətəndaşların bu sahəyə olan tələbatının ödənilmədiyini qeyd edən məlumatlı şəxs iddia edir ki, telekommunikasiya qovşağının rəisi rəhbərlik etdiyi qurumda bu və digər çoxsaylı problemlərin yaşandığına görə məsuliyyəti heç də öz üzərinə götürmək niyyətində deyil: "Şahin Tağıyevin şəxsi biznes fəaliyyəti onun dövlət qulluğundan irəli gələn vəzifə borclarının icrası ilə barışmaz ziddiyyətlər yaradır. Elə bu səbəbdən də Qəbələ sakinləri onun fəaliyyətindən narazılıq edirlər. Rayon camaatı iddia edir ki, Qəbələdə yerləşən ən əzəmətli villalardan və istirahət mərkəzlərindən biri məhz telekommunikasiya qovşağının rəisinə məxsusdur". Qəbələ sakinlərinin evlərinə telefon çəkdirmək üçün bir sıra "şərt"lərə əməl etmək məcburiyyətində qaldığını deyən məlumatlı şəxsin bildirdiyinə görə, bu zaman telekommunikasiya qovşağının əməkdaşları onlardan "şirinlik" tələb edir: "Qəbələ Telekommunikasiya Qovşağının işçiləri bildirirlər ki, guya dövlət tərəfindən onlara heç bir avadanlıq verilmir, bir çox materialları öz hesablarına alırlar. Məhz elə buna görə də Şahin Tağıyevin işçiləri evinə telefon çəkdirmək istəyən Qəbələ sakinlərindən "şirinlik" tələb edirlər. Onu da qeyd edim ki, hazırda rayonun bəzi ərazilərində telefon dirəkləri çürüyüb, bir az külək əsən kimi məftillər öz-özünə qırılıb düşür. Sənəd üzərində isə hər il yüzlərlə dirək təzələnir, min metrlərlə məftil silinir…"(Xalqxeber.az)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024