Siyasət / Slayd (25-02-2015, 19:35)
Zakir Fərəcovun adamından narazılıq VAR
Bizimxeber.az xəbər portalında “Şahin Tağıyev bələdiyyə sədridir, yoxsa biznesmen?” başlıqlı yazı dərc olunmuşdu. Qısa xatırlatma üçün bildirək ki, Şahin Tağıyev uzun müddətdir ki, Abşeron rayonundakı Novxanı bələdiyyəsinin sədridir.
Ancaq bələdiyyə sədri Novxanıdan çox Belorusiyada və başqa əcnəbi ölkələrdə olur, öz biznesinin sərhədlərini genişləndirir. Bir sözlə, dövlət qulluqçusunun biznes fəaliyyət ilə məşgul olmasını qadagan edən qanun və qaydalar biznesmen bələdiyyə sədri Şahin Tağıyev üçün keçərli deyil. Bir az da dəqiqləşdirsək, o bu qanunları nə bilir, nə də əməl edir.
Bizimxeber.az-a daxil olan məlumata görə, hər dəfə xarici səfərdən qayıdan biznesmen bələdiyyə sədri tez-tez dəbdəbəli məclislər təşkil edir, şou-əhlini öz məclisinə dəvət edib kef çəkir. Etik nöqteyi-nəzərdən bəzi məsələlərə toxunmaq, daha qabarıq şəkildə yazmaq istəmirik.
Amma, maraqlı məqamlardan biri oldur ku, bələdiyyə sədri bu biznesi hansi pullar hesabına qurub və bu dəbdəbəli məclislər hansı pulların hesabına baş tutur?
Bu gün isə Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, Şahin Tağıyevlə “Kapital” Bankın rəhbər işçilərindən birinin (adını çəkmirik) ortaq biznesi var. Şəriklər tez-tez bir yerdə olur, bizneslərini genişləndimək üçün müzakirələr aparır.
Görəsən, “Kapital” Bankın rəhbərliyinin bələdiyyə sədri ilə iş birliyində olan, böyük biznes şəbəkəsi yaradan işçisinin əməllərindən xəbəri varmı? “Kapital” Bankdan çıxan kredit hansı biznesə yönəlir?
Bu barədə heniş araşdırma yazısı dərc edəcəyik. Hələliksə,Bizimxeber.az olaraq qarşı tərəfin mövqeyini dərc etmək üçün dəfələrlə Novxanı bələdiyyəsi ilə əlaqə saxlayəb Ş.Tağıyevin mövqeyini öyrənməyə çalışdıq. Hər dəfə də bələdiyyədən Şahin Tağıyevin işdə olmadğını dedilər. Bütün bunlar bir daha təsdiqləyir ki, Ş.Tağıyev in başı öz biznesinə qarışıb və işdə olmur.