Karusel (25-06-2016, 20:40)
“Heç olmasa kişinin yaşına, vəzifəsinə hörmət etsin”
Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyev spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında yaşanan gərginliyə münasibət bildirib.
Mediatv.az xəbər verir ki, o bildirib ki, bununla bağlı İntizam Komissiyasın bu günlərdə iclası olacaq: “Bilirsniz, onu niyə Komissiyaya dəvət edəcəyik. Buna səbəb bəzi şeyləri yadından çıxarmasıdır. Hər bir deputatın başqa bir deputat həmkarı ilə söz güləşdirməyə haqqı var. Lakin etika qanununda yazılıb ki, hər deputat sədrin fikrinə hörmətlə yanaşmalıdır.
Çünki həmin sədri burada oturan 125 deputat seçib. Bunun qarşılığında niyə sənə söz deyən kimi başlayırsan ona cavab verməyə. Parlament sədri ilə üzvlər arasında bir məsafə olmalıdır. O yuxarıda oturub biz isə aşağıda. Hər bir parlament üzvünün sədrlə söz güləşdirmək haqqı yoxdur. Bu qanunvericliyə ziddir.
Deputat sədrlə söz güləşdirərsə, bu parlament olmaz. Sədr bizi idarə edir. Qayda qanuna riayət etmək lazımdır. Əgər bunları bacarmırsa, burada nə işi var? Cavan oğlandır, yaxşı deputatdır, gələcəyi var. Heç olmasa kişinin yaşına, tutduğu vəzifəyə hörmət etmək lazımdır. Onunla komisiyyada deputat həmkarımız kimi söhbət edəcəyik, 12 nəfər bununla bağlı öz fikrini bildirəcək. Burada hər hansı cəza yoxdur, ancaq tövsiyə verə bilərik. Başqa ölkələrdə görürük ki, başqa partiyaların deputatları arasında bu cür hallar yaşanır. Amma sədrlə olmur. Bizdə belə şeylər olmayıb, olmayacaq, buna imkan da vermərik. Zahid Oruc həmişə söz güləşdirir, gündəlikdən kənar mövzulara toxunur”