Karusel (11-06-2016, 08:58)
Eks-başçı ömürlük məhbusdan əl çəkmir
Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham olunaraq, ömürlük həbs cəzasına məhkum olunan Vüqar Əliyevə yeni ittiham irəli sürülür.
Bu barədə gununsesi.info-ya məhkumun yaxınları bildirib. Onların sözlərinə görə, hazırda Qobustandakı qapalı müəssisədə saxlanılan Vüqar Əliyevin kamerasından qanunsuz əşya tapılıb. Yaxınları bu işin qurama olduğunu və sifarişçisinin Aslan Aslanov olduğunu iddia edir.
Xatırladaq ki, Vüqar Əliyevin azadlığa çıxmaq şansı yaranıb. Görünür, Aslan İsmayılov 15 ildir ki həbs həyatı yaşayan insanın azadlığa qovuşmasına imkan vermək istəmir. Qeyd edək ki, bu qətlə görə həbs edilən Lamiyə Quliyeva bir neçə aydır azadlıqdadır. Hazırda Vüqar Əliyev “karserə” salınıb. O şərlənməsinə etiraz olaraq, aclığa başlayıb.