Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-06-2016, 22:05)
ANADAN QIZINA KEÇƏN PANSİONAT DİREKTORLUĞU SİNDROMU

Kimsəsiz uşaqlara nəvaziş, atılmış qocalara qayğı göstərmək üzrə ixtisaslaşmış kadrlardan olan Qətibə Əsədova əvvəllər Şağan qəsəbəsindəki əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatda direktor işləyib. Sonradan Saray qəsəbəsində yerləşən 7 saylı internata təyinat alıb. Ən nəhayət, ƏSMM-nin Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatına direktor göndərilib. 

Qocalar Evi kimi tanınan bu pansionat qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir.  Amma KİV-də yazılanlardan belə başa düşmək olur ki, Qətibə xanım nə internat direktoru kimi dövlət himayəsində yaşayan uşaqlara isti ana məhəbbəti verə bilib, nə də pansaionat direktoru kimi qocalar üçün sevimli övlad ola bilməyib. Onu bir vəzifəsi laxlayanda maneəsiz digərinə keçirən himayədarınınsa, qudası - Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov olduğu bildirilir.  

Ölkə gündəmini diqqətlə izləyən oxucular xatırlayarlar: Məlum "MTN işi" aktuallaşandan sonra Zakir Fərəcovun ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon idarəsinin rəisi vəzifəsində çalışan yeznəsi Əsədov Pərvin Zakir oğlu ciddi ittihamlara məruz qalmışdı. Həmin məlumatlara görə, Eldar Mahmudov Zakir Fərəcovun yeznəsini MTN-də işə götürərək ona yüksək vəzifə verib. İddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri də məhz icra başçısının yeznəsi Pərvin Əsədov (Qətibə Əsədovanın oğlu) olub. Hələ də internet resurslarında qalmaqda olan bu informasiya hələ rəsmən təkzib olunmayıb.

Qətibə Əsədova təkcə oğlunun deyil, qızının da babat karyera qurmasını təmin edib. Çox maraqlıdır ki, Hacıyeva Pərvanə Zakir qızı da ƏSMM-nin tabeçiliyində olan, həm də anasının idarə etdiyi müəssisəyə statusca bərabər tutulan başqa bir müəssisəyə - Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Pansionata baş həkim gətirilib. Görünür, həmin rəhbər vəzifəyə başqa namizəd tapılmayıb ki, çox hörmətli sosial müdafiə naziri bu təyinatın ictimaiyyət arasında birmənalı qarşılanmmayacağına,  "anası gəzən ağacı (vəzifəni) qızı budaq-budaq gəzər" tipli dedi-qoduların yayıla biləcəyi ehtimalını artıracağına da əhəmiyyət verməyib. Maraqlıdır, valideyn övladına öz həkimlik peşəsini sevdirə bilər. Bu sevgini uşaqda yaratmaq üçün valideyn ona elmi biliklərin əsasını öyrədən  müəllimlə də ittifaq qurar. Amma pansionat direktorunun öz bioloji varisinə məhz pansionat direktoru olmaq həvəsi, hərisliyi aşılaması geçəkdən də diqqətə və bəlkə də hətta araşdırılmağa layiqdir.  Kim bilir, bəlkə də Qətibə xanım hələ Şağan qəsəbəsində internatda işlədiyi dönəmdə qonşuluqdakı pansionata göz qoyub, onu ələ keçirməyin planını da cızıbmış. 

ismipünhan

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024