Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-05-2016, 14:45)
"Leyla və Arif Yunus ölkədən planlı şəkildə çıxarılıb" - Deputat

 

“Leyla və Arif Yunusların Hollandiyadan siyasi sığınacaq istəməsi gözlənilən idi”. 

Mediatv.az xəbər verir ki, bu fikirləri azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib. 

YAP funksioneri qeyd edib ki, Yunuslar Avropa ölkəsindən sığınacaq istəsələrdə, onların üzərində hələ cinayət məsuliyyəti qalır: “Onlar Azərbaycan dövlətinin humanistliyindən istifadə edərək Hollandiyaya müalicə almaq adı ilə getdilər. Halbuki, dəfələrlə səhiyyə işçiləri qeyd etmişdilər ki, onlarda heç bir ciddi xəstəlik yoxdur. 

Qan təzyiqinin qalxması, şəkər xəstəliyi Azərbaycan əhalisinin 50 faizindən çoxunda var. Hər bir insanda belə xəstəliklər mövcuddur. Bu xəstəliklərin nəinki Bakı, rayonlarda da müalicəsi mümkündür”.

YAP yetkilisinin fikrincə, erməni lobbi təşkilatları tərəfindən maliyyələşən beynəlxalq təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatları Yunusların Azərbaycandan çıxarılaraq müalicə adı altında Hollandiyaya getməsinin vacib olduğunu bildirdilər. “İndi isə siyasi sığınacaq almaq üçün müraciət ediblər. Onların üzərindən cinayət məsuliyyəti hələ götürülməyib. Onlar ev dustaqlığı şəraitində cəzalarını çəkməlidirlər”-deyə deputat vurğulayıb.

S.Novruzov vurğulayıb ki, Yunuslara Hollandiyada 10-15 günə siyasi sığınacaq veriləcək: “Yunusların müalicə adı altında ölkədən çıxarılması, indi də siyasi sığınacaqla bağlı müraciət etmələri təsadüfi yox, planlı şəkildə qurulmuş oyunun tərkib hissəsidir. Onların ölkədən çıxarılması ilə bağlı plan əvvəldən var idi. 

Xatırlayırsınızsa, Yunuslara cinayət işinin qaldırılmasına, ölkədən çıxmamaqla bağlı qərarın olmasına baxmayaraq, bir gecənin içəri`Arif və Leyla Yunus planlı şəkildə ölkədən çıxarılıb` - Siyavuş Novruzovsində Fransa səfirliyi onlara 5 il müddətinə şengen vizası verdi və səfirliklərin nümayəndələrinin iştirakı ilə ölkədən çıxarılmasına cəhd edildi. Yunusların müxtəlif bəhanələrlə ölkədən çıxarılması, indi də Hollandiyada siyasi sığınacaq verilməsi məsələsi əvvəlcədən planlaşdırılmışdı”.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024