Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-05-2016, 15:12)
Vergilər Nazirliyi ilə oliqarxların “savaşı” qızışır...

Vergilər Nazirliyi ilə oliqarxların “savaşı” qızışır...Bir müddət əvvəl ölkədəki iri supermarketlərlə Vergilər Nazirliyi arasında başlanan narazılıq və mübahisə artıq açıq “savaş” müstəvisinə keçib. Supermarket şəbəkələri rəhbərlərinin Vergilər Nazirliyinə ƏDV-nin götürülməsi ilə bağlı ünvanladığı müraciətdən sonra vergilər naziri Fazil Məmmədov bunun mümkün olmadığını açıq şəkildə bildirsə də, məsələ qapanmayıb. 


Bir neçə gün əvvəl mətbuat nümayəndələri üçün keçirilən konfransda vergilər nazirinin müavini Sahib Ələkbərov bir daha ƏDV məsələsinə qayıdıb və iri supermarketləri hədəfə alıb. Nazir müavini market rəhbərlərini qanunsuzluqda, hətta vergi cinayətində ittiham edib. O bildirib ki, iri ticarət şəbəkələrinin sahibləri hökumətdən səhv olaraq əlavə dəyər vergisi ilə bağlı güzəşt istəyir: “Vergilər naziri Fazil Məmmədov bu məsələyə birmənalı fikrini bildirib. Onlar ƏDV-dən niyə azad olunmalıdırlar ki? Bəs dövlət büdcəsi nə ilə doldurulmalıdır? ƏDV ümumi vergidaxilolmalarının təxminən üçdə birini təşkil edir. Onlar populist çıxışlarla məsələdən təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Dövlət qurumunun təhdid edilməsi doğru deyil. Supermarketlərdə apardığımız yoxlamalar aşkara çıxarıb ki, iri obyektlər ticarət dövriyyələrini dəfələrlə, hətta 15-20 dəfə azaldıblar. Nə vergi güzəşti istəyirlər bizdən?”.

Görünən odur ki, bununla Vergilər Nazirliyi ilə iri supermarketlərin arxasında dayanan oliqarxlar arasında “savaş” qızışır və növbəti mərhələyə keçir. Nazirlik dövlət büdcəsinin doldurulmasına diqqət çəkərək, fikrini əsaslandırmağa çalışır. Digər tərəf isə qazanc əldə etməyin mümkünsüz olduğunu vurğulayır. Əksər ekspertlər isə bildirirlər ki, oliqarxların ciddi maraqlarının toqquşması biznes mühitinə yaxşı heç nə vəd etmir.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində Vergilər Nazirliyi Azərbaycanda plan tapşırığına görə fəaliyyət göstərir: “Yəni ilin əvvəlində, 2016-cı ildə vergilərdən gələcək vəsaitin proqnozu açıqlanır və Vergilər Nazirliyi bunu yerinə yetirməyə borcludur. Bu il isə nazirlik 7,9 milyard manata yaxın vəsait toplamalıdır. Vergilər Nazirliyinin də arqumenti odur ki, əgər bu vəsait bizim üçün azaldılmırsa, bu plan tapşırığı endirilmirsə, əlavə dəyər vergisi ləğv olunmasından itirilən yüz milyonları nəyin hesabına toplayacağıq? Yəni arqument bundan ibarətdir. Bir də əlavə dəyər vergisi üzrə yoxlamalar Vergilər Nazirliyinə yoxlamalarda əlavə üstünlük verir. Çünki ƏDV elə bir məfhumdur ki, hər hansı bir supermarket şəbəkəsi olsun, dükanlar olsun, orada pozuntu ilə bağlı az da olsa, böyük də olsa, hər hansı fakt tapılır. Azərbaycanda iqtisadi sistem elə qurulub ki, mütləq hansısa bir cinayət, vergidən gizlənmə aşkarlanır. Vergilər Nazirliyi həm də bu arqumentin əlindən çıxmasının əleyhinədir. Yəni yoxlamalar zamanı çox böyük bir arqument olan ƏDV yoxlamasının əlindən çıxmasını istəmir. Bu iki arqumentə görə Vergilər Nazirliyi belə sərt mövqedən çıxış edir. Market sahiblərinin də arqumentləri ondan ibarətdir ki, ticarət dövriyyəsi xeyli zəifləyib. Zəifləmə də Azərbaycanda onsuz da marketlərə böyük problemlər yaradır. İş yerləri qapanır, ticarət dövriyyəsi, gəlirlər azalır. Gəlirlər azalanda da dövlət büdcəsinə ödənəcək vergilər azalır. Məsələ Bu iki arqument arasında qalıb”.

Ekspertin sözlərinə görə, bu, məsələnin görünən tərəfidir: “Görünməyən tərəfi ondan ibarətdir ki, ƏDV tək vergilərlə bağlı məsələ deyil. Bu, həm də gömrüklə bağlı məsələdir. ƏDV-nin ləğv olunması gömrükdə də müəyyən dəyişikliklərə gətirib çıxarmalıdır. Müəyyən islahatlara aparıb çıxarmalıdır. Gömrük lobbisi də bunun qəti əleyhinədir. Çox maraqlı bir paradoks yaranıb ki, həmin supermarket şəbəkələrinin əsl sahibləri və ya onlara yaxın məmurlar ƏDV-nin ləğv olunmasında öz şəbəkəsinə müəyyən dərəcədə qazanc əldə etməyə və yaxud vergi yükünü azaltmağa çalışır. Məmur qiyafəsində ƏDV-nin qalmasında maraqlı olan insanlar sahibkar sifəti ilə ƏDV-nin ləğv olunmasında da maraqlıdırlar. Yəni çox qəribə bir situasiya yaranıb, bu ”savaş"ın nəticəsi gömrük və vergi lobbisi ilə pərakəndə ticarət lobbisinin savaşını xatırladır. Çox güman ki, Vergilər Nazirliyinin və gömrüyün qalib gəlməsi ehtimalı çox yüksəkdir. Çünki ölkənin büdcəsində ciddi problemlərin olduğunu nəzərə alaraq çox güman ki, rəhbərlik onların tərəfində olacaq, vergi və gömrük rüsumlarının olmasına imkan verməyəcək".

Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, iqtisadiyyatda son dövrlərdə baş verən proseslər, devalvasiya, iqtisadi tənəzzül son nəticədə ona gətirib çıxarır ki, bu gün əvvəlki kimi imkanlar yoxdur: "Supermarketlərin də əvvəlki səviyyədə qazanmaq imkanlarını olmadığından, hökumətdən vergi güzəşti qoparmaq istəyirlər. Bunun üçün də əsaslandırılmış müraciət edirlər ki, qiymətləri bahalaşdıracağıq, işçiləri ixtisar edəcəyik. Demirəm onların vəziyyəti əvvəlki ilə müqayisədə yaxşıdır. Amma hesab etmirəm ki, dəhşətli vəziyyətdir. Bu dəqiqə daha dəhşətli vəziyyət banklardadır. Məsələ bundadır ki, hamıya vergi güzəşti edilsə, büdcəni kim dolduracaq? Büdcədən maliyyələşən dövlət orqanlarında çalışanlar nəyin hesabına maaş alacaq, pensiya necə veriləcək? Kiçik sahibkarları buraya aid etmirəm, amma bu cür iri sahibkarlar həmişəki kimi çox qazanmaq istəyindədirlər".

Onun sözlərinə görə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri ya bilərəkdən və ya bilməyərəkdən düzgün təqdim etmirlər: “Eyni zamanda onların müraciətində əgər vergi güzəştləri verilməzsə, qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqlar fikri də obyektiv deyil. Çünki qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub. Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu, ayrıca araşdırma tələb edən vacib məsələdir. Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə də məşğul olur. Bu halda hesab etmirəm ki, vergi güzəştləri alan supermarket sahibləri qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlar. Çünki böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnız vergilərin yüksək olması ilə əlaqədar deyil. Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri-rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda manatın ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endirmirlər? Deməli, bu müraciətin arxasında başqa məqsədlər dayanır. Əvvəla, hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birinə rəqib olanlar qısa zamanda birləşmək və mövqe ifadə etmək fikrinə düşdülər? Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına və həm də istehlakçılara biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik mesajını çatdırmaqdır. Amma hətta onlar hər iki istəklərinə nail olduğu halda da mövcud böhranlı vəziyyətdən çıxa bilməyəcək”.

Xatırladaq ki, bu ilin aprelində “Bizim Market”, “FRESCO”, “SƏBƏT”, “Makromart”, “ARAZ”, “Neptun”, “Bolmart” market şəbəkəsi rəhbərləri gündəlik zəruri məhsullara əlavə dəyər vergisinin (ƏDV) götürülməsi üçün hökumətə müraciət ediblər. Supermarket sahibləri müraciətlərində qeyd edirdilər ki, manat üzən məzənnəyə keçəndən sonra, əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini, məhsulların qiymətlərini yüksəltmədən saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur. Ekspertlər isə bildirirlər ki, iri marketlərin ayrı-ayrı oliqarxların təsiri altında olduğu reallıqdır. Çünki ölkə reallığında iş adamlarının belə böyük biznes dövriyyəsini müstəqil idarə etmələri inandırıcı görünmür.

 

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024