Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-03-2016, 16:19)
Azərişıq ASC –nin Qaradağ rayon şöbəsi korrupsiya girdabında

Canəhməd Əhmədovun energi “ maxinasiyaları”

Redaksiyamıza daxil olmuş məlumatda  Azərişıq ASC-nin Qaradağ rayan  enerji satışı şöbəsinin müdiri Canəhməd Əhmədovun  istehlakçılara enerji satışındakı maxinasiyasından bəhs olunur.Belə ki,o,Qardağ rayonunda yerləşən böyük ticarət obyektlərinin və istehsal müəssisələrinin yerləşməsindən   məharətlə  istifadə etmişdir.Onun “ Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin  yaxın adamı olduğu da bildirilir. Mənbə qeyd edir ki , o “Azərişıq”-da yüksək post tutan məmurlardan birini də özünə hmayəçi tutmağa nail olmuşdur.Binə , Sədərək və Meyvəli kimi iri ticarət obyektlərinə  enerji satışındakı maxinasiyalardan külli miqdarda  vəsait əldə etməsi xüsusilə  vurğulanır .Bu vəsaitin müəyyən hissəsinin öz himayədarlarının buğlarını yağlamağa  sərf edən Canəhməd Əhmədovun  əyləşdiyi kreslosunu  daha da  möhkəmləndirdiyi iddia olunur. Əks halda onun bu vəzifədə qalması çox möcüzəli görünərdi.
Mediatv.az-a daxil olmuş məlumata görə, Canəhməd Əhmədov sahibkarların obyektlərinə verilən elektriki kəsdikdən sonra ona minnətçi düşmələrini istəyir. Bir xeyli «naz-işvə»dən sonra ortaq məxrəc tapılır və anlaşma əldə edilir. Və bu hər ay təkrarlanmamaq üçün uzunmüddətli «razılaşma»ya varılır. Amma son dövrlər ölkədə yaranmış vəziyyətdən dolayı iqtisadi sıxıntı keçirən sahibkarlar bir qədər möhlət istəmələrinə rəğmən, «Azərişıq»ın Qaradağ şöbəsinin rəisi daş atıb, başını tutur. Canəhməd Əhmədov onun yanına gələn şikayətçilərə məhəl qoymamaqla yanaşı, köhnə adət üzrə hərəkət edilmədiyi təqdirdə hər hansı bir güzəştin olmayacağını da deyir. Maraqlıdır ki, idarə rəisi özü sahibkar olduğu halda, digər sahibkarlara niyə problem yaradır?Bu əsnada, ortaya başqa bir maraqlı məlumat da çıxıb. Mediatv.az-a verilən məlumatlarda Onun Qusar rayonunda xeyli sayda obyektləri olduğu vurğulanır. Hətta həmin obyektlərdən bir neçəsinin fotoları da redaksiyamıza təqdim edilib. Həmin fotolardan belə aydın olur ki, Canəhməd Əhmədovun restoranları, istirahət mərkəzi var. 
 Canəhməd Əhmədovun dövlət başçısının göstəriş və tapşırıqlarına məhəl qoymamasının sirri nədir? Onun arxasında dayanan şəxs o qədər güclü biridir ki, ölkə rəhbərliyinin göstərişlərini saya salmır? Hər halda buna idarə rəisi aydınlıq gətirməlidir.
Qarşı tərəfi dinləməyə hazırıq. 









 

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024