Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-02-2016, 20:42)
“İçində 170 min olan çantanı Hicran Hüseynovanın stolunun üstünə qoydu”

“İçində 170 min olan çantanı Hicran Hüseynovanın stolunun üstünə qoydu”

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və sabiq Aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min manatlıq rüşvət qalmaqalı davam edir. Vəkil Adəm Məmmədov müvəkkili Eynur Kərimovun iddiaları barədə bəzi detalları açıqlayıb. Bildirib ki, E.Kərimov icra başçısının müavini olmaq üçün Hicran Hüseynovaya 170 min manat rüşvət verib, lakin komitə sədri pul qarşılığında vəd etdiyi işi yerinə yetirməyib. Qarşı tərəf isə deyilənləri böhtan adlandırıb.

Mediatv.az” xəbər verir ki, işin qəhrəmanı Eynur Kərimov aznews.az-ın suallarını cavablandırıb:

- Eynur bəy, 170 min dolları kimə, hansı şəraitdə və kimlərin iştirakı ilə vermisiniz?

- Pul sabiq aparat rəhbəri Səfər İmanovun otağında mənim gözlərim qarşısında sayılıb. Sonra Səfər İmanova verilib. Mən Hicran Hüseynovanın qəbul otağında gözləmişəm. Qapı açıq halda Səfər İmanov içində pul olan çantanı gözlərimin qarşısında aparıb birbaşa Hicran xanımın otağına, onun stolunun üstünə qoyub. Səfər otaqdan çıxandan sonra mənim qoluma girib, şəxsən özü məni yola salıb.

- Deyirsiniz qapı açıq idi. Hicran xanım həmin anda otaqda idi?

- Bəli, Hicran xanım otaqda idi. Çünki Səfər İmanov onun otağına girməmişdən bir neçə dəqiqə öncə Hicran xanım məni qəbul etmişdi. Özü də Səfər İmanovla birlikdə. Onların otağı üzbəüzdür.

- Eynur bəy, Hicran Hüseynova AzNews.az-a açıqlama verərək sizin icra başcısının müavini olmaq üçün ona 170 min dollar verməyinizlə bağlı iddiaları rədd edib. Bununla bağlı nə deyə bilərsiniz?

- Onun açıqlamasını mən də oxudum. Deyib ki, elə bir şəxs tanımıram, görməmişəm, böhtandır, şərdir. Lakin faktlar var. Mən bu məsələ ilə bağlı dəfələrlə komitə sədri Hicran xanımın yanında olmuşam. Sonuncu dəfə isə 2015-ci ilin oktyabr ayının 2-də onun yanında oldum. O, işi maliyyə müdirinə həvalə etmişdi. Mən ona dedim ki, bu məsələni bağlayın. Fevral ayında yenidən onun qəbulunda oldum. Haradasa 20 dəqiqəyə yaxın söhbət elədik. O, Lətif müəllimə telefon açaraq, bu məsələnin həllini tapşırdı. Çıxanda soruşdum ki, mən bu məsələ ilə bağlı kiminlə əlaqə saxlayım? O, yenə də Lətif müəlimin adını çəkdi. Mən ona bir daha bildirdim ki, 2012-ci ildə mən sizin kabinetinizdə olmuşam və siz mənə bu vədləri vermisiniz. Bu faktların hamısını onun özünə də demişəm.

- Əlinizdə faktlar olduğunu deyirsiniz. Nə kimi dəlilləriniz var?

- Bilirsiniz ki, hüquq-mühafizə orqanları bu məsələ ilə məşğuldur və olanlar araşdırılacaq. Bəli, əlimdə faktlar, sübutlar və dəlillər var. Hələ səs yazıları da əlimizdədir. O səs yazılarında Səfər İmanov təsdiqləyir ki, “bəli səndən aldığım 170 min dolları Hicran xanıma vermişəm”. Bundan əlavə, videogörüntülər də var. 170 min dollar hamısı Hicran xanıma ödənilib.

- Bəs niyə səs yazısını yaymırsınız?

- Həmin səs yazılarını istintaqa təhvil verəcəyik. Onlar istintaqın gedişiatında lazım olacaq. Ona görə də bu səs yazılarının hələlik ictimailəşməsini istəmirik. Araşdırmalar ərəfəsində yəqin ki, əlimizdə olan səs yazıları və videogörüntülər mətbuatda çap olunacaq.

- Tam olaraq Hicran xanımın özü ilə 170 min dollarlıq vəzifə ilə bağlı danışığınızın səs yazısı var?

- Bir çox faktlar var.

- Sizə hansı rayonun icra başçısı müavini vəzifəsi təklif edilmişdi?

- Bakı şəhərinin rayonlarından birinin icra orqanına…

- Məsələdə Binəqədi Rayon İcra Hakimiyyətinin adı hallanırdı…

- Söhbət əsnasında Binəqədinin də adı çəkilmişdi. Bundan başqa bir neçə böyük rayonların da adı var idi. Konkret olaraq isə Binəqədi söhbəti olmayıb.

- Siz Hicran Hüseynovaya 2012-ci ildə rüşvət verdiyinizi deyirsiniz. Bəs o, sizə bu işin alınmayacağı ilə bağlı nə vaxt məlumat verdi? Ümumiyyətlə baş tutmayacağı ilə bağlı məlumat verildimi?

- Vəzifə təklifi Hicran xanımın özündən gəlsə də, işin düzəlməməsi ilə bağlı məlumat verməyib. O, düz iki il məni aldadıb. Bu gün, sabah, bir həftə, bir ay deyə-deyə bu qədər vaxtı ötürdülər. Mən sadəcə pulumu istəmişəm. Sonuncu iki ildə isə məsələ bir az da uzadıldı, bir çox bəhanələr gətirildi. Yenə də istintaq sirri olduğu üçün bunları açıb-ağartmaq istəmirəm. İstintaq başa çatandan sonra hansı bəhanələrlə, hansı sözləri uydurduğunun hamısını açıqlayacağam.

- Səfər İmanov Azərbaycanı tərk edib. Sizcə o, bundan sonra Hicran Hüseynovaya pul verdiyinizlə bağlı məlumatı təsdiqləyərmi?

- O, faktı söyləyəcək. Faktı deməyə hazırdır. Deyib də. Artıq onun səs yazıları, videogörüntüləri bizdədir.

- Eynur bəy, Hicran xanımı haradan tanıyırdınız?

- Səfər İmanovun vasitəsi ilə.

- Səfər İmanov həmyerlinizdir?

- Yox, onu da bir başqasının vasitəsi ilə tanıyırdım. Yazırlar ki, guya mən 30 ildir Səfər İmanovu tanıyıram. Yalandır. Onu bu hadisələrdə tanımışam.

- 170 min rüşvət olayında sizi müxtəlif peşə sahibi kimi qələmə verdilər. Kimi müəllim, kimi redakor, kimi də sahibkar kimi təqdim etdi. Əslində Eynur Kərimov kimdir?

- Müəllim.

- Harada işləyirsiniz?

- Bu barədə məlumat vermək istəmirəm.

- Eynur bəy, bizim özümüz üçün də maraqlıdır. Azərbaycan cəmiyyətində müəllimin dolanışığı göz qarşısındadır. Aylıq məvacibi hamıya məlum olan müəllim bu qədər pulu haradan əldə edib?

- Bilirsiniz, demokratik dövlətdə yaşayırıq. Hər halda pul qazanmaq bizm də hüquqlarımızdır. Elə bir qanun yoxdur ki, vətəndaş pul qazanmasın.

- Amma müəllimin bu məbləğdə pul yığmaq imkanı bir az həqiqətdən kənar görünür.

- Dövlət işçiləri istisna olmaqla qanun qarşısında istənilən vətəndaşın bizneslə məşğul olmaq imkanı var. Biz də hər hansı bizneslə məşğul olmuşuq. Pul qazanmışıq. Nə cinayət etmişik, nə oğurluq, nə də quldurluq. Halallıqla qazanılmış puldur, təəsüf ki, sonu belə nəticələndi.

- Eynur bəy, rüşvəti alanla yanaşı verən şəxs də məsuliyyət daşıyır…

- Azərbaycan qanunvericiliyindən xəbərim var, oxumuşam. Qanunvericilikdə belə bir məsələ var ki, rüşvət verən şəxs təsir, təzyiq olmadan verdiyi rüşvəti etiraf edirsə, məsuliyyətdən azaddır. Mənim də Baş Prokuror Zakir Qaralova kimi göndərdiyim müraciətə qədər mənə heç bir bir hüquq-mühafizə orqanlarından təsir vasitəsi olmayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024