Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-02-2016, 17:18)
YAP-dan 170 minlik rüşvət məsələsinə – Reaksiya

aydin mirzezadeYeni Azərbaycan Partiyası (YAP) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın da adının hallandığı 170 minlik qalmaqala münsibət açıqlayıb.

Mediatv.az xəbər verir ki, AzNews.az-a danışan YAP-ın İcra Katibliyinin Siyasi Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, hazırda 170 min rüşvət olayı ilə bağlı mətbuatda gedən bütün informasiyalar araşdırılır: “Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir prosesdir. Burada əsas söz ancaq hüquq-mühafizə orqanlarının yekun qərarından sonra deyiləcək. Məsələ araşdırılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Sözügedən şəxslərin adının hallanmasını istəməyən sahibkardan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə 170 min ABŞ dollar aldığı iddia olunur.

Qeyd edək ki, adı dələduzluqda ittiham olunan sabiq aparat rəhbəri Səfər İmanov yanvarın 31-də Azərbaycanı tərk edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024