Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-12-2015, 14:15)
Saxta diplomlu məmur, saxta işlər və...

Saxta diplomlu məmur, saxta işlər və...

 

Son vaxtlar "MTN işi”  ilə bağlı Bakıda baş verənlər gündəmi əməlli-başlı zəbt edib. 

İnsanlar hər gün kiminsə işdən azad edilməsi, kiminsə həbs olunması ilə bağlı xəbərlərə artıq vərdiş ediblər. 

Paytaxtda baş verənlər bölgələrdəki olayları, haqsızlıqları, ciddi qanun pozuntularını sanki  bir qədər diqqətdən kənarda qoyub. Ancaq unutmamalıyıq ki,  bölgələrdə də dövlət siyasətinə zidd fəaliyyət göstərən, büdcəni talayan, insanları incidən, dövlətdən, prezidentdən narazı salan  məmurların sayı da  az deyil. 

Arqument.Az-a daxil olan məlumata görə, belə məmurlardan biri də Ağstafa rayon İcra Hakimiyyəti başçısının Qıraq Kəsəmən kənd üzrə nümayəndəsi Nurəddin Yaqubəliyevdir: "Onun tutduğu vəzifə o qədər böyük olmasa da, yol verdiyi qanunsuzluqların, haqsızlıqların, saxtakarlıqların miqyasını kifayət qədər böyük hesab etmək olar. N.Yaqubəliyev 2010-cu ildən bu vəzifədə işləyir. Ötən beş ildə onun  çıxartmadığı "oyun”, yol vermədiyi saxtakarlıq qalmayıb. Demək olar o, rəhbərlik etdiyi idarəni şəxsi obyektinə çevirib. Burada qohumlarından, yaxın tanışlarından ibarət "ölü canlar” saxlayır və onların adına yazdığı pulu özü mənimsəyir". 

Sakinlərin sözlərinə görə, icra nümayəndəliyində təkcə xidmətçilərin sayı 6  nəfərdir ki, bunun hamısı da yarımştat işə götürülüb: "Əslində isə buraya  1-2 xidmətçi kifayət edər. Xidmətçilərin çoxluğu onunla bağlıdır ki, onların hər biri işə götürülərkən hərəsindən 1000 manat rüşvət alınıb. N.Yaqubəliyev əməli ilə həm də dövlət büdcəsinə ziyan vurur. Məsələ burasıdır ki, qanunvericiliyə görə, yarımştat işləyən işçilər DSMF ödənişlər etməkdən azaddırlar. İcra nümayəndəsi bunları yaxşı bilsə də, onu dövlətin mənafeyi deyil, öz cibi daha çox maraqlandırır. Yaşayış yeri, ailə tərkibi ilə bağlı sakinlərə verilən arayışların da öz qiyməti var. Belə ki, adi arayışlar 2 manata verilir, ünvanlı sosial yardım almaq məqsədilə tələb olunan arayışa görə isə 50 manat ödənilməlidir. Bu qiymətlər kasıb kənd sakinləri tərəfindən ciddi narazılıqla qarşılansa da, icra nümayəndəsi heç kəsə güzəşt etmir". 

Rayondan əldə etdiyimiz məlumata görə, Nurəddin Yaqubəliyevin ən çox saxta gəlir yerlərindən biri də dövlət tərəfindən ayrılan subsidyalara bağlıdır. Belə ki, il ərzində Qıraq Kəsəmən kəndinin ərazisində təxminən 100 hektar (ha) taxıl əkilsə də, o, bu rəqəmi sənədlərdə 500 ha göstərir və nəticədə əldə olunan külli miqdarda vəsaiti mənimsəyir. 

Rayon sakinləri bildirir ki, N.Yaqubəliyev həm də kəndin "işverəni” kimi ad çıxarıb. Belə ki, o, kənd sakinləri ilə bağlı hər bir  xırda  məsələni  şişirdərək polis əməkdaşlarına ötürür və sonda həmin işlə bağlı əldə olunan "qazancdan” faiz alır.  Ən maraqlısı odur ki, bu qədər çirkin əməllərin sahibi olan şəxsin ali təhsil haqqındakı diplomu da saxtadır. Həmin diplom (AB-1-N 016345, Qeyd № 2750)  ona Azərbaycan  Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən satılıb. Guya N.Yaqubəliyev Gürcüstan Respublikasında fəaliyyət göstərən "Universitetlərdən” birinə qəbul olub, sonra  Qazax filialına "perovod” olunub.  İxtisasca ekoloqdur. Sonradan məlum olub ki, Qazax filialında ekologiya üzrə ixtisas olmayıb. 

"Bəs necə olur ki, bu qədər saxta əməllərin sahibi olan, kənd sakinlərinin hədsiz nifrətini qazanan onlarda dövlətə, dövləçiliyə qarşı inamsızlıq yaradan bir məmur hələ də vəzifəsinin icrasını davam etdirir?  Təbii ki, bunun öz səbəbləri var. Məsələ burasındadır ki, icra nümayəndəsinə "meydan” verən onun rayon rəhbərliyindəki havadarlarıdır. Həmin havadarlar arasında rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarovun, Sosial-iqtisadi məsələlər üzrə müavin Aydın Hacıyevin, RİH kadrlar şöbəsinin müdiri İlqar Hacıyevin və RİHərazi idarəetmə  məsələləri üzrə şöbə müdiri Şaiq Qurbanovun adları xüsusi çəkilir. Onların da icra nümayəndəsini müdafiə etməkdə hər birinin öz marağı var və bu maraqlar hər zaman lazımı səviyyədə təmin olunur. İlqar Hacıyev N.Yaqubəliyevin diplomunun saxta olduğunu  bilir, amma gizlədir. Bəs görəsən, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin  baş verənlərdən  xəbəri yoxdurmu? Əlbəttə ki, var. Çünki Qıraq Kəsəmən  kənd sakinləri dəfələrlə kənddəki haqsızlıqlarla bağlı ona müraciət ediblər. Lakin icra başçısı hər dəfə icra nümayəndəsinin havadarlarının mövqeyini şikayətçi kənd sakinlərinin  mövqeyindən  daha üstün tutub. Görünür, mövcud vəziyyət icra başçısının özünə də sərf edir", - deyə Ağstafa sakinləri bildiriblər. 

Məlumatda bildirilir ki, rayonda  əli  hər yerdən üzülən Qıraq Kəsəmən kənd saklinləri Bakıdan  imdad  diləyirlər: "Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  haqqında bəhs olunan icra nümayəndəsi və onun havadarları barəsində ciddi ölçü götürəcəklərinə ümid edirlər. Ona görə ki, N.Yaqubəliyevin verdiyi saxta arayışların nəticəsində sakinlərin icarə torpaqları N.Yaqubəliyevin yaxın ətrafının, atasının adına keçirilib və bu barədə  MTN  olunan şikayətlərə dair rayon prokurorluğunda cinayət işi qaldırılıb".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024