Karusel (1-08-2015, 14:15)
PKK terrorçuları azərbaycanlıları girov götürüb
Terrorçular partlayış törətdikdən sonra avtobusdakı insanları düşürüblər
Dünən Türkiyədə terrorçu qruplaşmalar Qars-Ərzurum-İğdır avtomobil yolunu kəsərək 100-ə yaxın insanı girov götürüb.Mediatv.az Türkiyə mediasına istinadən xəbər verir ki, avtobus və avtomobillərdən düşürülən xeyli insan 2 saata yaxın girov saxlanıldıqdan sonra sərbəst buraxılıb. Terrorçuları sərnişinlərin sənədlərini və telefonlarını müsadirə edib. Girov götürülənlər arasında xeyli azərbaycanlı da olub. Onların əksəriyyəti İğdıra, oradan da Naxçıvana getmək istəyənlər olub.
Bildirilir ki, PKK terrorçuları əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət ediblər. Onlar yolda qazdıqları xəndəkdə quraşdırdıqları partladıcını işə salıblar. Partlayışdan dərhal sonra pusqudan çıxan terrorçular avtobusları və avtomobilləri əhatə alıblar. PKK üzvləri Kağızman bələdiyyəsinə məxsus avtobusu və 3 yük maşınını da yandırıblar.
Terrorçuların sərbəst buraxdığı şəxslərin hamısı yaxınlıqdakı Karakurt qəsəbəsindəki təhlükəzislik qüvvələrinin köməkliyi ilə yola salınıb.
Mediatv.az