Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-04-2015, 12:56)
Amerikanın inqilab planı – Azərbaycan üçün

Amerikanın inqilab planı – Azərbaycan üçün

“Vaşinqton Azərbaycanı rəngli inqilabların hədəfi kimi nəzərdən keçirir”. 

 

Mediatv.az” “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu barədə nüfuzlu amerikalı analitik, Reyqan administrasiyasında işləmiş, sonralar “The Wall Street Journal”, “Businesweek” kimi nəşrlərin baş redaktoru olmuş Pol Kreyq Roberts “Personal Liberty” portalında dərc edilmiş məqaləsində yazıb. Pol Kreyq Robertsə görə, Amerika administrasiyası Ermənistan, Özbəkistan və Qırğızıstanda ya hakimiyyətləri inqilab yolu ilə devirməyə, ya da onların Vaşinqtona loyallığını satın almağa çalışacaq. Onun fikrincə, Ağ Ev dövlət katibinin müavini Viktoriya Nulandı Bakıya və İrəvana təsadüfən göndərməmişdi. 

Eyni zamanda pensiyaya çıxmış diplomat, rəngli inqilabların konstruktoru hesab olunan Riçard Maylzın geri çağırılaraq Qırğızıstana müvəqqəti işlər vəkili göndərilməsi təsadüfi deyil. Özbəkistana səfir göndərilən Pamela Spartlenin qarşısında isə bu ölkənin hakimiyyətinin ABŞ-a sadiqliyini “satın almaq” missiyası qoyulub. Amerikalı analitikin məqaləsinin xülasəsinə Rusiyanın “Voennoe Obozrenie” (“Hərbi İcmal”) nəşri yer verib. Bu nəşr Rusiya Müdafiə Nazirliyinə yaxındır. (virtualaz.org) 

Digər amerikalı analitik Stiven Mak-Millan da eyni fikirdədir. Rusiya hərbi nəşrinin yazdığına görə, o, Kanadanın“Global Research” portalında dərc edilmiş məqaləsində göstərir ki, ABŞ Rusiyaya qarşı əsl geosiyasi müharibə aparır. Bu məqsədlə  Mərkəzi Asiyada yeni cəbhə açılıb-orada Vaşinqton rəngli inqilablar, çevrilişlər, qeyri-stabillik üçün zəmin hazırlayır, Moskvanın mövqelərini zəiflətməyə və Rusiyanı tam təcrid etməyə cəhd edir. Analitik hesab edir ki, Qərb Ukraynada tətbiq etdiyi “uğurlu modeli” Ermənistan, Qırğızıstan və Azərbaycanda da sınaqdan keçirmək istəyir.

Qırğızıstan Avrasiya İttifaqına daxil olmağa qərar verdiyi üçün bu Orta Asiya ölkəsində hakimiyyəti devirmək ABŞ-ın mühüm vəzifəsidir. Analitik yazır ki, Qırğızıstanda inqilab təşkil etmək üçün Riçard Maylz Bişkekə göndərilib. O, Gürcüstandakı “qızılgül inqilabı”nın baş rejissoru idi. Vaşinqton Qırğızıstanda hakimiyyəti inqilab yolu ilə dəyişməklə yanaşı Özbəkistanda Kərimov rejimini ələ almağı planlaşdırır. Əgər bu baş tutmasa Vaşinqton orada xaos yaradacaq.

Analitik Viktoriya Nulandın fevral ayında Cənubi Qafqaza səfərinin əsas məqsədlərindən birinin Ermənistanda inqilaba zəmin hazırlamaq olduğunu, diplomatın bu məqsədlə QHT-lərlə qapalı görüş keçirdiyini qeyd edir. Həmin görüşdən sonra Rusiya və Ermənistan narahat olublar, Ermənistan QHT-lərə dair qanunu sərtləşdirməyi qərara alıb. “Azərbaycan hakimiyyətindəki adamlar da narahatdırlar. Onlar istəmirlər ki, ölkələrini rəngli inqilabların alovu bürüsün” deyə, analitik qeyd edir.

“Voennoe Obozrenie” qeyd edir ki, Qərbin bu planları Rusiya tərəfindən yaxından izlənir, prezident Putin Avrasiya regionunda sabitliyi qorumaq və rəngli inqilablara imkan verməmək üçün iş aparır.

Qeyd edək ki, ötən həftə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkov Bakıdakı ABŞ səfirliyini “narıncı inqilab” hazırlamaqda ittiham etmişdi.  “Amerikanın Bakıdakı səfirliyinin fəaliyyəti bir sıra suallar doğurur, o cümlədən onların fəaliyyətinin siyasi aspektləri. Axı Amerikanın xarici siyasətində ”narıncı inqilab" tematikasını heç kim ləğv etməyib" deyə, Puşkov bildirmişdi. Puşkov demişdi ki,  “ABŞ-ın bir sıra ölkələrdə”narıncı inqilabları" inadla dəstəkləməsi Azərbaycan rəhbərliyi tərəfindən ABŞ-la münasibətlərdə nəzərə alınır".  O, “ABŞ-la münasibətlər dövlət üçün çox təhlükəli olar” deyə, dolayısı ilə rəsmi Bakıya xəbərdarlıq da etmişdi. 

ABŞ səfirliyi isə cavab bəyanatında Puşkovun dediklərinin əsassız və dəyərsiz hesab etdiklərini bildirmişdi. 

Ekspertlərə görə, Moskvanın vaxtaşırı olaraq Vaşinqtonu  Azərbaycanda “narıncı inqilab” hazırlamaqda ittiham etməsi, eləcə də bu cür mövzuları gündəmə gətirməsi Kremlin Azərbaycanın ABŞ ilə yaxınlaşmasından narahatlığını göstərir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024