Karusel (17-04-2015, 12:12)
Baba Pünhanın vəfatından 11 il ötür
9 gün komada süni nəfəslə saxlanılan şairin ürəyi aprelin 17-si süni nəfəsdən imtina edib
Bu gün Azərbaycanın satirik şairi və qəzəlxanı Baba Pünhanın (Mədətzadə Atababa Seyidəli oğlu) vəfatından 11 il ötür.
Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaradıb.
2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra "Mərkəzi Kliniki Xəstəxana"sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).
3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.
2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.
2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.
2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib.Qəbri Kürdəxanı qəsəbəsindədir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
8 06 2025
8 06 2025
8 06 2025