Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-03-2015, 16:34)
Yuri Qaqarinin doğum günüdür


Bu gün sovet kosmonavtı və kosmosa uçan ilk insan Yuri Qaqarinin doğum günüdür

 

Yuri Qaqarin kəndli ailəsində anadan olub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirib. 1941-ci ildə məktəbə gedib. 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçən Yuri 1951-ci ildə orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. 9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. 1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.
Bundan sonra Yuri 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub. O, Moskvada Kreml divarında dəfn olunub.(AzVision.az)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024