Sosial (Dünən, 21:34)
Sabunçuda növbəti qanunsuz tikinti qalmaqalı
Paytaxtın Sabunçu rayonunda qanunsuz tikinti ilə bağlı növbəti narahatedici məlumat redaksiyamıza daxil olub. Məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən Möcüzə market yaxınlığında yeni tikinti işlərinə start verilib. Məlumata əsasən, aparılan tikinti işləri marketin sahibi kimi tanınan Hacı Rasim tərəfindən həyata keçirilir. Bildirilir ki, tikinti işləri heç bir məlumat lövhəsi olmadan, aidiyyəti qurumların icazəverici sənədləri olmadan aparılır. Bu isə ciddi suallar doğurur: görəsən, paytaxtın mərkəzi küçələrindən biri olan Nazim İsmayılov küçəsi üzərində aparılan bu tikintidən dövlət qurumlarının xəbəri varmı? Məsələ ondadır ki, sözügedən obyekt və onun sahibi əvvəllər də oxşar qalmaqallarla gündəmə gəlib. Belə ki, mediada yayılan məlumatlara görə, “Möcüzə” market ətrafında piyada səkilərinin və yol kənarlarının zəbt edilməsi ilə bağlı iddialar səsləndirilmişdi. Hətta marketin ətrafında səkilərin ticarət sahəsinə çevrildiyi və vətəndaşların sərbəst hərəkətinin məhdudlaşdırıldığı bildirilirdi.İndi isə görünən odur ki, bu proses daha da irəli gedərək yeni tikinti işləri ilə davam etdirilir. Artıq təkcə qanunsuz genişlənmə deyil, həm də şəhərsalma qaydalarının açıq şəkildə pozulması deməkdir.Sual yaranır,Sabunçu Rayon İcra Hakimiyyəti bu tikinti barədə məlumatlıdırmı? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu obyektlə bağlı hər hansı icazə sənədi varmı? Paytaxtın ortasında aparılan bu tikinti hansı əsasla həyata keçirilir? Qeyd edək ki, Bakı şəhərində hər hansı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədləri və layihə təsdiqi tələb olunur. Əks halda aparılan tikinti qanunsuz hesab olunur və sökülməsi barədə qərar verilə bilər.
Mövzunu diqqətdə saxlayırıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026


























