Sosial / Slayd (Bu gün, 15:32)
Bəylər Əyyubovun yubileyidir
Bu gün Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Əyyubov 75 illik yubileyini qeyd edir.
Mediatv.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevin ən etibarlı adamlarından olan B.Əyyubov Azərbaycanın müstəqillik əldə etdiyi illərdə dövlətçiliyin əsas simalarından birinə çevrilib.
10 mart 1951-ci il tarixdə Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olan B.Əyyubov sovet illərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 20 sentyabr 1993-cü ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2 iyun 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
16 mart 2020-ci ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib və onun əsasında yaradılan orqanlardan biri də Prezidentin Təhlükəsizlik Xidməti olub. Bəylər Eyyubov bu qurumun rəisi təyin edilib. O, 2025-ci ilədək quruma rəhbərlik edib.
Həmin ildən general Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi təyin edilib.
Prezidentin müvafiq fərman və sərəncamları ilə Bəylər Eyyubova 1995-ci ildə general-mayor, 2005-ci ildə general-leytenant, 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilib. O, “Azərbaycan Bayrağı”, “Şərəf”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
9 03 2026
9 03 2026
9 03 2026
9 03 2026
9 03 2026
9 03 2026
9 03 2026
9 03 2026


























