Karusel / Redaktor seçimi (Dünən, 22:02)
Sabunçuda qanunsuz obyekt tikintisi: şəhərsalma qaydaları niyə tapdanır?-VİDEO
Paytaxtın Sabunçu rayonunda növbəti qanunsuz tikinti iddiaları ilə bağlı redaksiyamıza narahatedici məlumat daxil olub. Bildirilir ki, Bakıxanov qəsəbəsində, “Möcüzə” marketlə üzbəüz, Nazim İsmayılov küçəsi üzərində yerləşən hasarlanmış ərazidə yeni tikinti işlərinə başlanılıb. Ərazidə aparılan tikinti işləri, heç bir məlumat lövhəsi olmadan və müvafiq icazəverici sənədlər təqdim edilmədən həyata keçirilir. Qanunvericiliyə əsasən, tikinti fəaliyyətinin həyata keçirilməsi üçün bir sıra məcburi prosedurlar mövcuddur.Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə, hər hansı tikinti işlərinə başlanılması üçün müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və tikinti sahəsində bu barədə məlumat lövhəsi yerləşdirilməlidir. Həmin lövhədə tikintinin sifarişçisi, layihəçisi, podratçısı və icazə sənədləri barədə məlumatlar açıq şəkildə göstərilməlidir. Lakin sözügedən ərazidə aparılan işlər zamanı belə bir məlumat lövhəsinə rast gəlinmir.
Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə, icazəsiz tikinti aparılması qanun pozuntusu hesab olunur və bu halda tikinti işlərinin dayandırılması, hətta qanunsuz tikilinin sökülməsi ilə bağlı qərar verilə bilər. Redaksiyamızın apardığı ilkin araşdırma zamanı şəhərsalma üzrə açıq məlumat bazasında da bu tikinti ilə bağlı hər hansı icazə və ya qeydiyyat məlumatına rast gəlinməyib. Bu isə sualları daha da artırır, paytaxtın əsas küçələrindən biri olan Nazim İsmayılov küçəsində aparılan bu tikintidən müvafiq dövlət qurumlarının xəbəri varmı? Normalda belə hallara Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, şəhərsalma və memarlıq strukturları, həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nəzarət etməlidir. Çünki tikintinin təhlükəsizlik normalarına uyğun aparılması, torpaq sahəsinin hüquqi statusu və icazə sənədlərinin mövcudluğu məhz bu qurumların nəzarət mexanizmlərinə daxildir. Əgər həqiqətən də tikinti müvafiq icazələr olmadan aparılırsa, bu artıq sadəcə bir obyekt məsələsi deyil. Bu, şəhərsalma qaydalarının pozulması,tikintiyə nəzarət edən orqanların zəifləməsi və qanunun aliliyinə kölgə salan ciddi problemdir. Çünki qanun qarşısında hamı bərabər olmalıdır və paytaxtın ortasında belə iddiaların ortaya çıxması cəmiyyətdə haqlı narahatlıq yaradır. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi və aparılacaq araşdırmanın nəticələri cəmiyyət üçün də maraqlıdır. Redaksiyamız məsələni diqqətdə saxlayır və mövzu ilə bağlı rəsmi qurumların mövqeyini dərc etməyə hazırdır.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026
10 03 2026

























