Karusel (7-04-2015, 13:47)
“Allah prezidentimizi bizə çox görməsin” – Elton Məmmədov
“Ümumiyyətlə, mən bu cür məsələləri şərh etmirəm”.
“Mediatv.az” xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədov modern.az-a açıqlamasında deyib. Bu ilin fevralında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyintını Ziya Məmmədova qarşı atılmış addım kimi dəyərləndirənlərə E. Məmmədov belə cavab verib: “Bir halda ki, belə fikirlər səsləndirirlər, o zaman onlara qısa və lakonik cavab vermək istəyirəm: dövlət başçısının istənilən sərəncamına hər bir vətəndaş hüquqi-dünyəvi dövlət olan Azərbaycanda yaşayan insan kimi yaxşı baxmalıdır və müzakirə etməməlidir. Təyinat alana can sağlığı arzu edirəm. Allah cənab prezidentimizi bizə çox görməsin”.