Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-03-2015, 14:58)
Rusiya ilə müharibə etmək mümkündürmü?

8 Mart ərəfəsi, yazın gəlişi, bir-birini əvəz edən çərşənbələr çox maraqlı siyasi xəbəri-ABŞ-ın Ukraynaya 300 hərbçi göndərməsi haqdakı xəbəri bir az kölgədə qoydu, ya sadalanan amillər ucbatından, ya da ki, Ukraynaya aid xəbərlərə artıq alışdıqlarından, insanlar buna bir o qədər də diqqət ayırmadılar

 

Həm də xəbər gah təkzib olundu, gah da təsdiq. Amma Rusiyanın hərbi gücünə elə də böyük önəm verməsək də onun kəşfiyyat xidmətlərinin peşəkar olduğunu etiraf etməliyik, hər halda, Rusiyanın təhlükəsizlik xidmətləri “qulaqlarının dibində” ABŞ-ın nə etdiyindən və yaxud da etmək istədiyindən xəbərdar olmaya bilməzdilər...
Ona görə də belə hesab edirik ki, ABŞ həqiqətən də Ukraynaya məhdud canlı qüvvə və texnika göndərmişdi. Buna cavab olaraq Rusiya da Stavropolda iki aylıq hərbi əməliyyatlara başladı...
İndi maraq doğuran prosesin sonrakı inkişafıdır. Rus təhlilçiləri belə hesab edir ki, ABŞ müharibəyə həssas regionda siyasi avantüra ilə məşğuldur. Təbii ki, biz bununla razılaşa bilmərik, görünür, okeanın o tayında da təhlilçilər hər şeyi götür-qoy edirlər...
Əvvəldən demişik ki, Rusiya Ukraynada güc görməsə yerində oturmayacaq və bu bölgədə rahatlıq olmayacaq. 
Heç də vacib deyil ki, Ukrayna daha ciddi hərbi əməliyyatlara başlasın, ən azı bu Minsk razılaşması deyilən prosesi də sınaqdan keçirmək lazımdır, kim bilir, bəlkə nəticəsi oldu? 
Elə Ukraynadan da gələn xəbərlərdə də ilk növbədə bu ovqat duyulur, kobzarların ölkəsi maksimum dərəcədə çalışır ki, Minsk prosesi həqiqətən də bir nəticə versin, bunun üçün həm atəşkəs rejiminə riayət etməyə cəhd edir, ya da ki, özünün ağır texnikasını döyüş bölgələrindən uzaqlaşdırmağa çalışır...
Amma ölkədə başqa ovqat da var- bəzi siyasətçilər və siyasi qruplar, onların içində hakimiyyətə yaxın olanları da az deyil, Rusiyaya qarşı daha ciddi həmlə və təzyiqin tərəfdarı kimi çıxış edirlər...
Amma məsələ bir suala dirənib: Rusiya ilə müharibə etmək mümkündürmü? Əgər bir vaxt ABŞ və NATO bu sualın yaratdığı potensial baryeri aşmasaydı bəlkə də Yuqoslaviyada hələ də qanlı müharibələr gedirdi...
Amma onlar bu baryeri aşa bildilər və Yuqoslaviyaya müdaxilə etdilər. İndi də Rusiyanın hərbi mifini dağıtmağın vaxtıdır. Əslində bu mif heç də ciddi və sarsılmaz dayaqlar üstündə qərar tutmayıb...
Rusiyanın ən yaxşı vaxtında onun tam büdcəsi ABŞ-ın hərbi büdcəsinin düz yarısından azını təşkil edirdi. Rusiya mifi Əfqanıstanda dağıldı. Bəli, əfqanlar sübut etdi ki, Rusiya ilə vuruşmaq mümkündür. 
Rusiya mifi Yuqoslaviyada dağıldı. ABŞ və NATO sübut etdi ki, dünya məsələlərində Rusiyanı nəzərə almamaq da olar. Rusiya mifi Çeçenistanda dağıldı, çeçenlər sübut etdi ki, bəs, kiçik bir xalq da Rusiya hərb maşınına qarşı duruş gətirə bilər...
Təbii ki, indi ABŞ və müttəfiqləri hər şey edirlər. V.Putin başını itirib və bilmir ki, nə etsin? Durub özünün və nazirlərin maaşını 10 faiz azldır ki, bəlkə bu yolla büdcəni xilas etmək mümkün oldu. Amma gülünc deyilmi?
Bundan sonra belə gülünc qərarların sayı bir az da artacaq. Təbii ki, etiraz edə bilərlər ki, Ukrayna Yuqoslaviya deyil, Rusiya o vaxt Şərqi Avropadan özünün mandatını geri çəkmişdi. Düzdür, amma elə Yuqoslaviya da Rusiyaya dost ölkə hesab edilirdi, o vaxt da “Slavyanlar qırılır!” kimi şüarlar səslənirdi. 
Bəli, deyə bilərlər ki, o vaxt zaman başqa idi, Rusiya indiki Rusiya deyildi. Bu da düzdür. Amma heç indiki Rusiya da bir şey deyil, bu ölkəni, vur-tut, 200 milyard dollarlıq ehtiyat “danışdırırdı”, böyük ehtimalla həmin ehtiyatı elə bu il yeyəcək və üstündən də su içəcəklər...
Deyə bilərlər ki, serblər bir başqa, ruslar özləri tamam başqa, Ukraynada qovğa olsa, ölənlər ruslar olacaq və Rusiya da buna biganə qala bilməyəcək və mütləq prosesə müdaxilə etməyə çalışacaq...
Bu da düzdür. Amma ciddi müdaxilə olanda münaqişə bölgəsində ciddi polyarlaşma da olacaq, məlum olacaq ki, bu dəfə də atan kazaklardır, ruslar, bəli, sadə ruslar heç də müharibə etmək və qırılmaq arzusunda deyillər...
Burada yada İ.Kantdan bir detal düşür. Fəlsəfi paraqdiqmaları sübut etmək üçün onun gətirdiyi dəlilərin sayı onları inkar etmək üçün lazım olan dəlilərin sayı qədərdir...
Bu nə düməkdir? O deməkdir ki, istənilən məntiqi sxem qüsurludur. Həyat isə daha rəngarəngdir. Görək, bu dəfə həyat həzrətləri özü nə göstərəcək?..
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024