Siyasət (10-06-2014, 21:20)
“Azərbaycanda ruslar hərəkətə keçib”
ABŞ kəşfiyyatının leqal qurumu kimi tanınan “Stratfor” (ona "Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi" də deyilir-red.) beyin mərkəzinin sədri Corc Fridman Polşadan başlayaraq Azərbaycana qədər davam edən səfəri ilə bağlı məqalə ilə çıxış edib
Publika.az məqalədə Azərbaycanla bağlı məqamları ixtisarla təqdim edib.
C.Fridman bildirir ki, o, Polşadan başlayaraq Azərbaycana qədər səyahət edib: “Səfər etdiyim ölkələrin çoxu mövqelərini yenidən qiymətləndirir. Ümumi olaraq narahatlıq hissi hökm sürür. Polşada icmalçılar daha çox bunu gizlətməyə çalışır. Türkiyə kimi böyük ölkədə isə daha açıq şəkildə dilə gətirilir və Ukrayna nümunə kimi göstərilir. Lakin Polşa və Azərbaycanda mən iki sual eşitdim: “Ruslar hərəkətə keçib?” və “Qorunmaq üçün biz nə edə bilərik?”"
C.Fridman hesab edir ki, bundan sonra Rusiyanın Şərqi Avropaya müdaxiləsi çətinləşəcək: “Krımın itirilməsi ilə nəticələnsə də Ukrayna qərbyönümlü komanda hakimiyyətə gəldi. Bölgənin ən zəif ölkəni olan Polşaya Barak Obama öz səfəri ilə dəstək verdi. Həmçinin maddi-texniki baxımdan da Polşaya müdaxilə indiki məqamda Rusiyaya sərf etmir.
Rumıniya da Birləşmiş Ştatların dəstəyini öz üzərində hiss edir. Baltikyanı ölkələrin NATO-nun tərəfindədir. Anti-Qərb hökumət olan Belarus Moskvanın vəziyyətini nəzərə alaraq onun düşmənləri tərəfə yan ala bilər”.
“Stratfor” rəhbəri hesab edir ki, Almaniya Şərqi Avropaya dəstək verərək Rusiyanı qarşısına almaqdan çəkinəcək: “Bu hələ ki, belədir. Çünki Berlin Rusiya qazından asılıdır. Bu baxımdan bölgəyə ən unikal dəstək Birləşmiş Ştatlardan gəlməlidir”.
C.Fridman qeyd edir ki, ABŞ Qara dənizdə də qüvvələrini cəmləşdirməlidir: “Bu, həm Rumıniyanın hərbi-dəniz qüvvələrini gücləndirər, Gürcüstanın müdafiəsini daha yaxşı təşkil edər, Azərbaycandan keçən boru kəmərlərinin təhlükəsizliyini daha yaxşı formada qoruyardı. Düzdür, Türkiyə Qara dənizi döyüş meydanı kimi görmək istəmir, amma regionda ABŞ-ın istənilən birlik strukturunda da təmsil olunmağa razı olar”.
“Stratfor” rəhbəri ötən məqaləsində olduğu kimi bu dəfə də Rusiya təzyiqinin bölgə ölkələri arasında daha çox Azərbaycanın başı üzərində olduğunu diqqətə çatdırır.