Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (4-07-2023, 18:36)
Şəhər Maliyyə idarəsinin müdiri Universitetin işinə necə müdaxilə edir

 

Azərbaycan Dövlət Aqrar Universitetin Aqromühəndislik fakültəsinin əməkdaşları adından texnika üzrə fəlsəfə doktoru, dosent  Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədova,Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyasının sədri, professor Famil Mustafayevə müraciət ünvanlayıb.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:Azərbaycan Dövlət Aqrar Universitetində gedən bir çox qeyri-qanuni işlərə, saxta elmə, rüşvətə, alverə, korrupsiyaya və Universitetə yaraşmayan yaramaz əyyaşlığa qarşı dözə bilməyib, müraciət etmək qərarına gəldik.İki il öncə mətbuatda gedən yazıları nəzərinizə çatdırırıq. Universitetin bir qrup məzunları tərəfindən verilən yazıda qeyd edilmişdir ki, Ayaz Həsənovun və Aydın İsayevin Universitetdə çalışması belə, Azərbaycan Dövlət Aqrar Universitetinə hörmətsizlikdir, təhqirdir. Bir müddət əvvəl saxta elmlər doktoru olmaq istəyən Ayaz Həsənovun müdafiəsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin və  Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşları adından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya  Komissiyasının sədri, professor Famil Mustafayevə ünvanlanmış ərizə-müraciəti nəzərinizə çatdırırıq:
“Hörmətli Famil müəllim,
Dövlətimizin gələcək sosial-iqtisadi inkişafı, tək təbii sərvətimiz olan neft sektorunun inkişafı ilə deyil,aqrar sektorun inkişafı ilə də müəyyən olunur. Bunun üçün Ölkə Prezidentinin dəfələrlə aqrar sahənin inkişafı ilə bağlı Dövlət Proqpamları səviyyəsində sərəncamları olmuşdur. Bunlar gələcəkdə əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasına yönəldilmişdir. Bunlara yalnız yüksək təhsillə və elmi-intel­lek­tu­al potensiala malik mütəxəssis və kadrlarla nail olmaq mümkündür. Bu məqsədlə yüksək ixtisaslı kadrların, xüsusilə də alimlərin hazırlanmasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının səlahiyyəti olmaqla,Sizin fəaliyyətiniz əvəzsizdir. Bunlarla əlaqədar Sizin islahatlar apaparaq geniş auditoriyalarda apardığınız konfranslar, çıxışlar və mətbuat yayımlarında verdiyiniz müsahibələr daim biz alimlər tərəfindən diqqətlə izlənilir.
    Hörmətli Famil müəllim,
   Məlumunuz edirik ki, bu gün aqrar sahənin inkişafında aqrar sahə üçün müasir, innovativ texnologiyaların  tətbiqinin,  aqrar  sahədə informasiya – proqram təminatının  öyrənilməsi və  tədqiqində  aqrar elminin müx­təlif sahələrində  öz  elmi na­iliy­yətləri ilə tanınmış və görkəmli alimlərin olması ölkəmiz üçün vacib şərtlərdən biridir. Lakin Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Həsənov Ayaz Fərrux oğlunun  3102.1-Aqromühəndislik ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün bu günə kimi apardığı  tədqiqat işi hamıya məlumdur.  Biz bu yoldaşı yaxşı tanıyırıq. Azərbaycan dilindən başqa heç bir dili (yəni nə türk, nə rus, nə də ingilis dillərindən birini) bilmir, heç azərbaycan dilini də normal bilmir. İnformasiya texnologiyaları qurğularından, yəni kompüterdən başı çıxmır, heç anlayışı da yoxdur,  elektron  resurs  tanımır, elementar tədqiqatdan belə başı çıxmır. Necə olar ki, dissertasiyasında rus, ingilis və digər dillərində ədəbiyyatlardan istifadə edir, avtoreferatını ingilis dilində hazırlatdırır, məqalələrini pul ilə adam tutub yazdırır və xülasələrini də tərcümə elətdirir, ancaq özü bir cümlə belə xarici dillərdən heç birini bilmir. Heç özü də nəinki xarici ölkə, hətta azərbaycan alimləri tərəfindən də tanınmır.
     İstəyirsən nöqsanını üzünə deyəsən, ancaq tədqiqatçı  alim kimi yox, özü kimi, onu müdafiə edən vaxtilə Azərbaycan aqrar sektorunu elmi məqaləsində aşağılayan “professor” Qurban Əliyev, vaxtilə mərhum T.A.Ağabəyli və V.V.Volneykinin  elmi işini pulu ilə mənimsəyən “professor” Cəmaləddin Məmmədov kimi savadsız, rüşvətxor insanlarla birlikdə abırsızcasına və həyasızcasına qarşısındakılara şantaj ataraq hədələyirlər. Hətta onun ilkin müzakirəsinin keçirilməsində kafedra müdirinin xəbəri yoxdur. Qeyd olunan “professorlar” tərəfindən təşkil olunan iclas səlahiyyətli olmamaqla yanaşı həmin adamlar tərəfindən indi də Birdəfəlik müdafiə şurası yaradılır. Bunun üçün Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri, vaxtilə Ali Attestasiya Komissiyasının ekspert komissiyasının üzvü olmuş, professor Əhəd Nəbiyevə pul müqabilində Ali Attestasiya Komissiyasından keçirməyi də xahiş etmişlər. Çünki onun orda adamı var, pul ilə işləri keçirə bilir. Bir az əvvəl onun dissertasiyası antiplagiatdan keçiriləndə də plagiat çıxmışdır. İndi də pul müqabilində plagiat haqqında saxta sənəd (arayış) almışdır.
  Hörmətli Famil müəllim,
      Bir vaxtı da nəzərinizə olduğu kimi çatdırmaq istəyirik. Pandemiya dövründən əvvəl Həsənov Ayaz Fərrux oğlu dissertasiya almaq üçün mərhum professor Qurbanov Xalid müəllimlə onun yaxın dostu olan  Gürcüstan Aqrar Universitetinin professoru, vaxtilə Gürcüstan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanik­ləş­di­ril­məsi və Elektrikləşdirilməsi İnstitutunun direktoru olmuş Revaz Metodovç Ma­xa­ro­blidzenin yanına Tbilisi şəhərinə  gedirlər (dəqiq olmaq üçün interpol  vasitəsilə  Gür­cüstana  3 nəfərin sürücü  ilə birlikdə keçdiyini də yoxlamaq olar.)  Xalid müəl­lim əvvəl ondan Ayaza elmlər doktoru mövzusu yazılması haqqında  razılıq almaq istəyir və mövzunu alır və sonra bir də gələcəyini bildirir. Sonra ilkin rüşvət kimi apardığı bazarlığı orada verib Gəncəyə qayıdırlar. Sonra ikinci dəfə yenə mərhun Xalid Qurbanov Ayazla birlikdə Gürcüstana  Maxaroblidzenin yanına gedirlər. Ondan dissertasiya soruşanda o Ayaz Həsənova mövzu haqqında proqram-meto­di­kanı təqdim edir. Buna isə Ayaz Həsənov razılaşmır. Vicdanı təmiz, dünya  şöhrətli alim Moxaroblidze bildirir ki, Xalid müəllim, mən dissertasiya yazmaram, mən ona kömək edərəm. Xalid müəllim bildirir ki, Ayaz Həsənov rus dilini bilmir. Siz yazıb verərdiniz, mən də onu tərcümə edərdim.  R.M.Moxaroblidze buna razıalşmır.  Kor-peşiman qayıdan Ayaz Həsənov Azərbaycanda yeni dissertasiya bazarına çıxır və Ramiz adlı müəllim  ona bu məsələdə razılaşır. Külli miqdarda pul verən Ayaz Həsənov ondan qısa müddətdə dissertasiyasını əldə edir.
    Bunlarla yanaşı əgər mətbuatı izləsəniz 2 il öncə onun haqqında rəsmi mət­bu­at­larda da yazılırdı. Onlardan qısa bir məlumatı da nəzərinizə çatdırmaq istəyirik:  “Bu gün ADAU-da hər bir vəzifə satılır, kim olursa olsun, ancaq pulu olsun. Təsəvvür edin mətbuatda qeyd edilən  kartof alveri edən, heç bir dünyagörüşü olmayan təhsildən, elmdən və mədəniyyətdən kənar olan Ayaz Həsənov da kafedra müdiri seçilir. Hansı ki, bunların  informasiya texnologiyalarından başı çıxmır, elektron yazışmanı belə dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmurlar. Əgər elekton kitabxanaya girə bilmirlərsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi belə məktubu göndərə bilmirlərsə Universitetdə hansı kadr ha­zır­lığından danışmaq olar. Ayaz Həsənov kafedra  müdiri  olduğu  müddətdə kafedrada “ilin müəllimi” kimi differensial maaş yazıldıqda belə onu müəlimdən alırdı. Hətta kafedranın mərhum dosentləri Həmzəyev Ənvər və Əlverdi Allahverdiyevə əlavə 0,5 ştat vahidi dərs yazmaqla onların pulunu həmin müəllimlərin əlindən alırdı. Bu gün də yenidən həyasızcasına kafedra müdiri olmaq istəyir. ”
   Saxta elmlər doktoru olmaq istəyir. Həmişə deyir: Mən Ali Attestasiya Komissiyasından rahat keçəcəyəm. Puluna minnət. Hər şeyi pul həll edir.
   Biz onun ilkin müzakirəsini belə görməmişik. Deməli, pulum var istədiyimi edə bilərəm, ala bilərəm deyir. Bunlar isə nəinki, Azərbaycan Dövlət Aqrar Uni­ver­si­tetinə, eləcə də Azərbaycan Respublikasının Prezidentinin yüksək ixtisaslı kadr siyəsətini həyata keçirən Ali Attestasiya Komissiyasının işinə və şərəfinə ziyan gətirməkdir.
    Hörmətli Famil müəllim,
    Xahiş edirik kollektivin əməkdaşlarının (Mühəndislik fakültəsinin və Elmi-Tədqiqat İns­ti­tu­tunun əməkdaşları) xahişini nəzərə alaraq bu bisavad, elmdən, tədqiqatdan bixəbər,  mədəniyyətsiz, aqrar elmə ləkə gətirən, elmdə səriştəsi olmayan Ayaz Həsənovun texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi ilə əlaqədar məsələləri nəzarətinizə götürüb tədbir görəsiniz.
   Apardığınız islahatların tərkib hissəsi kimi böyük ümidlə nəticə gözləyirik.”
   Bu kimi saxta alimlərin bir əsr yaşı olan qocaman ali təhsil müəssisəsində çalışması əlbəttə ki, bu Universitetə ləkədir.
   Bunlarla yanaşı "Kənd təsərrüfatı texnikası və texniki servis” kafedrasının müdiri Aydın İsayevin  də Universitetdə çalışması da Universitet həyatına təhqirdir.
   Vaxtilə Aydın İsayev magistraturada belə gündəlik “qayıb” sayaraq rüşvət alırdı. Magistrləri aylığa buraxırdı. Onun adi belə savadı yoxdur (orta məktəb səviyyəsində savadı yoxdur). Rektor onu vəzifədən çıxardanda magistlər sevinmişdi. Sonradan Aydın İsayev küllü miqdarda pul verib və ixtisası olmayan böyük bir kafedraya müdir təyin olunmuşdur. Bu gün təhsil alan tələbələr və magistrlər də Universitetdə ondan narazıdırlar. Hətta AzDMSS-da istehsalat təcrübəsində olan tələbələrin əksəriyyətindən Aydın İsayev təcrübəyə gələndən 100  manat, gəlməyənlərdən isə 200 manat pul almışdır. Yığılan pulun bir hissəsini (1000 manatını) müəssisənin rəhbərinə verərək tələbələrin gündəlik və hesabatlarına  möhür vurdurmuş, digər 2000 min manata yaxın pulu da mənimsəmişdir. Bundan əlavə II kurs magistr tələbələrin hər birindən 1200 manat dissertasiya işlərinin yazılmasına rüşvət istəmişdir. Aydın İsayevdən dəfələrlə savadlı olan həmin tələbələr onlara kömək etmələrini istəmişdirlər. Lakin o heç kimə məhəl qoymadan onlara kömək etməkdən (pulsuz) boyun qaçırmışdır. Bundan sonra II kurs 7 nəfər magistrlər rəsmi olaraq ərizə ilə rektor Zəfər Qurbanova müraciət etdilər. Bundan sonra  həmin magistrlərə rəhbərlik kafedranın digər müəllimlərinə tapşırıldı  və həmin magistrlərə təmənnasız köməklik göstərildi.
  








     Kafedrada I kurs magistrlərə rəhbərin təyin edilməsində də Aydın İsayev öz bazarından belə çəkinmədi. Şikayət əsasında rektorluğa dəvət olunan Aydın İsayevə rektor Zəfər Qurbanov yüksək mədəniyyət nümayiş etdirərək ona öz ərizəsi ilə çıxmasını təklif etdi və bildirdi ki, Aydın müəllim səni kafedrada sevmirlər,  kafedranın  iclaslarında əksər müəllimlər iştirak etmir. Mən sənin yerinə olsam abır – həya ilə kafedra müdiri vəzifəsindən gedərəm. Bunlara məhəl qoymayan Aydın İsayev I kurs magistrlərin birinci ili üçün hesabatlarından pul almaqdan  belə  çəkinmədi. Hər dəfə ona nəyisə nöqsan tutanda bildirir ki, məni heç kim çıxarda bilməz. Mənim arxamda Gəncə şəhəri maliyyə idarəsinin müdiri Rəşid müəllim dayanıbdır. Bundan əlavə Aydın İsayev müəyyən adamlarla bazarlıq etməyi bacarır. Bəzən rektorun xəbəri olmadan prorektorlar da maraq əsasında Aydın İsayevin müdafiəsinə qalxırlar. Ona görə də harınlamış Aydın İsayev heç nəyə məhəl qoymayaraq pozğun-əyyaş işlərindən də əl çəkmir. Qız tələbələrinə, gəlinlərə  çəkinmədən  söz ataraq müxtəlif təkliflər edir. Bu gün məişət pozğunu, rüşvətxor-əyyaş kafedra müdirini dayandırmaq mümkün olacaqmı?  Artıq  o heç kimi qəbul etmir və yeri gələndə dekanı belə təhqir edir. Bu da Universitetin biz kollektivinə mənfi təsir edir.
    Biz Ölkə Rəhbəri Hörmətli Prezidentimizdən, Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik təcili tədbir görəsiniz, əks  halda bu gün buraxılacaq bu kimi səhvlər, saxtakarlıqlar, özbaşınalıq və korrupsiya bu Universiteti məhvə aparacaq.
Redaksiyadan:Yazıda adı çəkilən hər bir şəxsin cavab haqqını tanıyırıq.
                шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024