Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (31-01-2015, 20:28)
125-lər Rəsulzadəni andı- Foto

125-lər Rəsulzadəni andı- Foto

 

31 yanvar 125-lər Siyasi Klubu Azərbaycan milli təfəkkürünün müəllifi, Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 120 illik yubileyini qeyd edib. 

 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Rəsulzadə şəxsiyyətinin xalqımız üçün tarixi əhəmiyyəti vurğulanmaqla yanaşı, onun ideyalarının sözdə deyil, əməldə də qələbə çalması zərurəti, demokratik dəyərlər daşıyıcısı olan hüquqi dövlətin qurulması ehtiyacından bəhs edilib.

Daha sonra 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rza təşkilatın bu ideyalara sahib çıxaraq, öz fəaliyyətində onlara sadiq qalacağından, ölkənin demokratikləşməsi naminə fəaliyyət göstərəcəyindən danışıb: “Təxminən bir ildir ki, təsis olunmuşuq. Bu bir ildə ölkədə baş verən ən əhəmiyyətli məsələlərlə bağlı mövqeyimizi sərgiləmişik, ictimai-siyasi həyatın canlanması üçün öz töhfələrimizi vermişik, siyasətə qatılmaqdan ehtiyat edən, lakin vətəndaş mövqeyinə sahib olan, xalqının, ölkəsinin müqəddəratına biganə olmayan insanların prosesə qoşulmasına zəmin yaratmışıq. Adımızdan da göründütü kimi, yaxın məqsədimiz Parlamentdə təmsil olunmaqla, əsasnaməmizdə də qeyd olunmuş dəyərlərə sadiq qalmaq, ölkənin rifahı naminə nəzərdə tutulmuş işləri həyata keçirməkdir. Odur ki, 2015-ci il bizimçün həlledici dönəmdir. Artıq seçkilərə hazırlıq prosesinə, üzvlərimizin kapasitəsinin artırılmasına başlamaqla bu dönəmə- seçki ilinə start veririk”

125-lər Siyasi Klubunun digər sədr müavini Anar Qasımlı bildirdi ki, 125-lər Siyasi Klubunun əsas hədəfi 2015-ci ilin parlament seçkilərində vətəndaşları təşviq etməkdir: “Passiv seçici yox, passiv namizəd olur. Əminəm ki, aktiv namizədlərlə seçkiyə qatılmaq seçicilərin gələcəyə inamına stimul verəcək.”

Millət vəkili, 125-lər Klubunun üzvü, Ümid partiyasının sədri İqbal Ağazadə tədbirdə iştirak edənlərə, müraciət edib onlara, bütün çətinliklərə rəğmən, prosesdə iştirak etdiklərinə görə təşəkkür elədi, seçkilərlər bağlı öz fikirlərini səsləndirdi:”Nədənsə şikayət etməzdən, narazılıq bildirməzdən öncə, gərək ilk olaraq özün prosesə müdaxilə edəsən,  təşəbbüs göstərəsən. Seçki saxtakarlığına şərait yaradan amillərdən ən birincisi ictimai fəallığın kifayət qədər olmamasıdır. Özün seçkidə iştirak etmirsənsə, seçkinin saxtalaşdırıldığından necə gileylənə bilərsən, axı sən özün buna şərait yaratmısan”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024