Cəmiyyət (29-01-2015, 18:28)
Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək
Aprelin 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun ilə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək
Virtualaz.org Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, tədbirə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndənin dəvət olunması nəzərdə tutulur.
Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirakı gözlənilir.
III Qlobal Açıq Cəmiyyətlər Forumuna hazırlıqla əlaqədar fevralın 19-da Brüsseldə keçiriləcək ikigünlük toplantıda da geniş müzakirələrin aparılması planlaşdırılır. Yüksək səviyyəli görüşdə Mərkəzin və Madrid Klubunun üzvü olan nüfuzlu siyasi liderlər – Vayra Vike Fraqberqa, İsmail Serageldin, Boris Tadiç, Viktor Yuşşenko, Emil Konstantinesku, Hikmət Çətin, Petar Stoyanov və başqaları iştirak edəcəklər. Tədbirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM-in İdarə Heyətinin üzvü Nazim İbrahimov da qatılacaq. Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə I və II Qlobal Açıq Cəmiyyətlər Forumu da Bakıda keçirilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024