Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-01-2015, 10:25)
Nazir oğlunun səbəb olduğu üsyandan iki il ötür

Hadisələrin miqyası o qədər böyümüşdü ki, icra başçısı vəzifəsindən azad edildi, 10 ay sonra isə Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırıldı

 

Bu gün İsmayıllı hadisələrinin iki ili tamam olur. Məlum olaylardan iki il keçməsinə baxmayaraq, baş verən hadisələr öz aktuallığını hələ də saxlayır. Hazırda cəzaçəkmə müəssisələrində İsmayıllı hadisələrinə görə həbs edilmiş 8 məhbus var.
Xatırladaq ki, İsmayıllıda xalq etirazı o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun ismayıllılıları təhqir etməsindən sonra baş vermişdi. V.Ələkbərov eyni zamanda hadisə baş verən dövrdə şəhərin icra hakimi olan Nizami Ələkbərovun qardaşı oğlu idi. Nazir oğlu “Hammer” markalı maşınla “Kəpənək” istirahət mərkəzinə qalxarkən qəza törətmiş, üzr istəmək əvəzinə maşından enərək, hadisə yerinə toplaşan insanları söymüş, sonra isə ümumi ismayıllılıların ünvanına təhqiramiz ifadələr işlətmişdi. Bundan qəzəblənən sakinlər nazir oğlunu döymüş, avtomobilini yandırmışdılar. Xəbər ildırım sürəti ilə İsmayıllıya yayılmış, xalq hərəkətə gəlmişdi. Kütləvi aksiyada 5000-ə yaxın insan iştirak etmişdi. Yüzlərlə İsmayıllı sakini həbs edilmişdi. Etirazçılar Ələkbərovlar klanına məxsus “Çıraq” hotelinə və bahalı maşınlara od vurmuşdular. Təsadüfi deyil ki, hadisələrin miqyası o qədər böyümüşdü ki, hadisədən dərhal sonra icra hakimi Nizami Ələkbərov vəzifəsindən azad edildi. 10 ay sonra isə Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırıldı. 
Baş verən hadisələrdə həbs edilənlərə divan tutuldu. Polis idarələrində kütləvi işgəncə faktları aşkar olundu. Saxlananların əksəriyyəti külli miqdarda pulun müqabilində azad edilsə də, 18 nəfər barəsində cinayət işi açıldı. 
Hadisə baş verən vaxt İsmayıllıya gedənlər arasında Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da olmuşdu. Aksiyadan sonra hər iki şəxs həbs olundu. Hazırda onlar məhbəs həyatı yaşayırlar.
PİA.AZ bildirir ki, İsmayıllı hadisələrinin səbəbkarı Vüqar Ələkbərov bu ayın əvvəlində virtualaz.org saytına müsahibəsində iki ildən sonra sükutu pozaraq, hadisələrin törədilməsinin səbəbləri barədə bunları deyib: “Həmin il prezident seçkiləri ili idi. Çoxsaylı xarici qüvvələr ölkəmizdə vəziyyətin gərginləşməsində, sabitliyin pozulmasında maraqlı idi. Guya təkcə İsmayıllı hadisələri idi? Bəs Qubadakı iğtişaşlar? Bəs ”Binə"dəki hadisələr? Bəs bir əsgərin ölümündən ötrü Bakının mərkəzində “facebook inqilabı” cəhdi? Əminəm ki, İsmayıllı hadisələrinin arxasında xarici qüvvələr və müxalifət dayanırdı. Sonrakı həbslər də mənim bu dediklərimi təsdiqlədi".
Qeyd edək ki, 2012-ci ilin martında Qubada İsmayıllı hadisələrinə oxşar olay baş vermişdi. İcra hakimi Rauf Həbibovun qubalıları təhqir etməsindən sonra xalq ayağa qalxmış, icra başçısının mülkləri və icra hakimiyyətinin binası yandırılmışdı. Rauf Həbibov isə rayondan qaçmışdı. 
Göründüyü kimi, baş verən hər iki etiraz aksiyasında etirazçılar meydanda tək qaldılar. Onlara nə digər rayonların sakinləri, nə də ölkənin demokratik düşərgəsi tam dəstək vermədi. 
Politoloq Natiq Miri İsmayıllı və Quba hadisələrinin lokal hadisələr olduğunu qeyd  etdi: “Bu hadisələr böyüyə bilmədi. Yəni bütün Azərbaycanı əhatə etmədi. Bu, xalqın hakimiyyətdən razı olmasına görə deyildi. Hazırda ölkədə sosial-siyasi mühit bərbad vəziyyətdədir. Elə bərbad hadisələr baş verir ki, biz bunu 20-30 il əvvəl təsəvvür edə bilmirdik. Bu isə öz təsirini göstərməyə bilməz. İnsanların böyük əksəriyyəti yaşamaq uğrunda mücadilə verir. İnsanların 80 faizi banklarda girov vəziyyətindədir. Siyasi yöndə düşünə bilmirlər.
İctimaiyyəti birləşdirə biləcək ciddi bir ideologiya da yoxdur. 90-cı illərdə xalqı birləşdirəcək azadlıq ideologiyası var idi. Xalq birləşdi və azad oldu. İndi hakimiyyətin ciddi təzyiqi və müxalifətin zəifliyi nəticəsində böyük birlik görə bilmirik. İsmayıllı hadisələrinə ciddi dəstək ola biləcək müxalifət yox idi. Xalq artıq indiki müxalifətə inanmır. Doğrudur, seçkilərdə müxalifətin kifayət qədər səsləri olub və hətta qalibiyyətə yetib. Lakin bunu reallaşdırmaq mümkün olmayıb. İnamsızlığın yaranma səbəblərindən biri də budur. Belə proseslərə bu öz ciddi təsirini göstərir. Cəmiyyətin toparlanması üçün hansısa qurumun öndər olması lazımdır. Təəssüf ki, hazırda hakimiyyət olmaq üçün yox, ana müxalifət olmaq uğrunda mübarizə gedir. Ciddi müxalifət olarsa, hakimiyyət də davranışlarına nəzarət edəcək. Nəticədə İsmayıllıda, Qubada olan təhqirləri xalq eşitməyəcək”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı müxalifətin baş verən İsmayıllı və Quba hadisələrində susqun görünməsinə belə şərh verdi: “Həmin hadisələr Azərbaycan hakimiyyətinin xalqa göstərdiyi münasibət nəticəsində baş vermişdi. Orada nə xarici, nə də daxili qüvvələr var idi. Təhqirlərə cavab olaraq xalqın toparlanması idi. Ələkbərovlar ailəsindən narazılıq əvvəldən olub. Bu da sonda qığılcıma səbəb oldu. Vüqar Ələkbərov iki ildən sonra belə fikir söyləməklə kimlərinsə tapşırığını yerinə yetirir. Bu yolla hadisələrin istiqamətini öz üzərlərindən başqa səmtə yönəldir. Müxalifət bu hadisələrə seyrçi kimi qalmadı. Bu olayların mahiyyəti hakimiyyəti dəyişmək deyildi. Müxalifət seçki yolu ilə hakimiyyətin dəyişməsini istəyir. Açıq şəkildə görünürdü ki, bu hadisələrin səbəbi nədir. Müxalifət belə hadisələrdə qanun çərçivəsində hərəkət etməyə üstünlük verir”. 
Hazırda İsmayıllı hadisələrinə görə məhbəsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atasının həbsi ilə bağlı bunları dedi: “Atam artıq iki ildir ki, İsmayıllı hadisələrinə görə saxta ittihamlarla həbsdədir. Bu illər ərzində atam və digər İsmayıllı məhbusları ciddi təzyiqlərlə üzləşiblər. Ora jurnalist kimi gedən Tofiq Yaqublu bu hadisələrin təşkilatçısı kimi həbs edilib. Halbuki atam və İlqar Məmmədov sırf siyasi əqidələrinə görə həbs olunublar. Hakimiyyət onları susdurmağa çalışır. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində atam möhkəmdir və mübarizəsinə davam edir. O inanır ki, bu günlər müvəqqətidir. Görəcəyimiz günlər qabaqdadır”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024