Karusel (16-01-2015, 10:35)
Bankir oğlu: “Böyük pullarla oynamağa vərdiş etmişəm...” - Video
Xəbər verdiyimiz kimi Azərbaycanın ən iri banklarından olan “Unibank”ın prezidenti Eldar Qəriblinin oğlu İlkin Qəribli Baham adalarında keçirilən poker turnirinə qatılaraq rekord məbləğ-1.1 milyon dollar udub
İlkin Qəribli ailə üzvləri ilə birlikdə Baham adalarına Yeni İl tətilinə gedibmiş və orada dostları onu “Poker Stars Caribbean Adventure” (“Poker ulduzlarının Karib macəraları”) poker yarışmasına qatılmağa həvəsləndirib.
Gənc Qəribli poker həvəskarı olsa da indiyədək bu cür turnirə qatılmamışdı.
Virtualaz.org xəbər verir ki, İlkin Qəribli yarışı udandan sonra pokernews.com saytına müsahibəsində deyib ki, ailəsi ilə birlikdə Baham adalarında bayram tətilinə gedib və indiyədək heç vaxt poker turnirinə qatılmayıb. Hərçənd ki, Qəribli kazinoların daimi müştərisi olduğundan poker oynamağı yaxşı bilirdi.
İ.Qəribli bir çox azərbaycanlı oliqarxların övladları kimi nüfuzlu London İqtisadiyyat Məktəbində bank işi və maliyyə ixtisası üzrə təhsil alır, özünün dediyi kimi həmişə böyük pullarla oynamağa öyrəşib. Turnirin ortalarında Qəribli artıq 221 min dollar udmuşdu və dostları ona deyiblər ki, bundan artığına ümid etməsin və oyundan çəkilsin. Lakin bankir oğlu daha böyük məbləği udmaq üçün riskə gedib. “Mən böyük pullar uğrunda mübarizəyə girdim, oyunun altıncı, yaxud yeddinci mərhələsində geri çəkilmək mənlik deyildi”-Qəribli bildirib.
Nəhayət finalda Qəribli peşəkar poker oyunçusu, poker turnirlərinin daimi iştirakçısı Co Kouterlə üz-üzə gəlib. Hər iki oyunçunun toplanan məbləği hərəsinə təxminən 1 milyon dollar olmaqla bölüşdürmək (pokerdə buna “seka” deyirlər) şansı olub. Ancaq bankir oğlu geri çəkilməyib və 2.5 saatlıq mübarizədən sonra ən yüksək prizi udmağa nail olub. “Dostlarımla bir neçə qədəh içki içdikdən, yaxud evə uçduqdan sonra yəqin mən nə baş verdiyini başa düşə biləcəyəm”-Qəribli oyundan sonra hansı hisslər keçirdiyi haqda danışarkən bildirib.
Qeyd edək ki, Azərbaycanda kazinoların fəaliyyəti qadağan olunub. Buna baxmayaraq bir çox yüksək vəzifəli məmurlar və onların övladları, oliqarxlar və digər zənginlər kazinolarda əylənmək üçün xarici ölkələrə gedirlər. Gürcüstanda deyirlər ki, Tiflis və Batumi kazinolarının daimi müştəriləri arasında azərbaycanlı zənginlər üstünlük təşkil edir. Az qala hər həftənin şənbə və bazar günləri Tiflis kazinolarının qarşısında azərbaycanlı zənginlərin dəbdəbəli avtomobillərini görmək olar. Həmçinin onlar Avropa ölkələrinin kazinolarının da daimi müştəriləridir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024