Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-11-2014, 15:25)
“Ərzaq məhsulları almaq üçün erməni dilini öyrənməliyik”

 

“Ölkəyə gətirilən ərzaq məhsulları erməni dilində markalandığı halda Azərbaycan dilində markalanmır. Belə çıxır ki, biz o məhsulları almaq üçün erməni dilini bilməli və ya öyrənməliyik”. 

 

“Mediatv.az” xəbər verir ki, bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Azərbaycana gətirilən mal və məhsulların milli dildə markalanma vəziyyətini araşdırıb. Məlum olub ki, daha çox qarabaşaq (“qreçka”), yulaf, uşaq yeməklərinin üzərində Azərbaycan dilində zəruri məlumatlar verilmir.

“Məsələn, qarabaşağın qablaşdırılması üzərində erməni, qazax dilində məlumatlar verilib. “Dövlət dili haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlara uyğun olaraq Azərbaycana gətirilən məhsullar milli dildə markalanmalıdır. Alıcı məhsulun tərkibini, yararlılıq tarixini, onun zərərli olub-olmadığını öyrənməlidir” - deyə AİB sədri bildirdi.

E.Hüseynov dedi ki, məhsulları gətirən şirkətlərlərə xəbərdarlıq edilməlidir: “İqtisadiyyat və Sənaye Nazirliyi bu işlə məşğul olmalıdır. Qanunvericiliyə riayət etməyən firma və ya şirkətlərə qarşı cəzalar tətbiq olunmalıdır. Dövlət orqanları monitorinq keçirməklə hansı şirkətlərin “Dövlət dili haqqında” qanuna məhəl qoymadığını müəyyənləşdirə bilərlər”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024