Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-04-2020, 09:40)
Saakaşvili Avakovla iş perspektivi haqda

 Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti, Prezident Vladimir Zelenskinin islahatlar üzrə baş nazirin müavini vəzifəsinə gətirilməsini təklif etdiyi Mixail Saakaşvili, "Novoye Vremya" qəzetinə verdiyi müsahibədə, təyin ediləcəyi təqdirdə daxili işlər naziri Arsen Avakov ilə qarşıdurmaya getməyəcəyini deyib.
Virtualaz.org bildirir ki, “Gordon” onlayn nəşri Saakaşvilidən sitat gətirib: "Daxili işlər naziri-bu, Prezidentin nomenklaturasıdır. Baş nazirin islahatlar üzrə müavini işində daxili işlər naziri ilə kəsişmir. Bunlar çox fərqli istiqamətlərdir. Özü də indi çox çətin bir vəziyyətdir. Münaqişələr onu daha da ağırlaşdıra bilər. Mən münaqişəyə yox, işləməyə hazırlaşıram”.
Saakaşvili, onun guya qarşıdurma adamı olduğu barədə deyilənləri səhv yanaşma adlandırıb: "Bu il mənim kimisə günahlandırmaq, kimisə nəyə görə isə qınamaq üçün bir çox imkanlarım olub, amma bunu həyatımda prioritet hesab etmirəm. Bunu etmədim. İndi, nə vaxt ki, Ukraynaya nə isə pis bir şey yaxınlaşır və biz bilmirik, ölkə koronavirusdan hansı nəticələrlə çıxacaq, münaqişələr üçün dəqiq vaxt deyil ".
Xatırladaq ki, 2015-ci ilin dekabrında, Kiyevdə Milli İslahat Şurasının iclasında Odessa Regional Dövlət Administrasiyasının sədri Saakaşvili ilə daxili işlər naziri Avakov arasında qalmaqal yaşanmışdı. Nəticədə Avakov su ilə dolu stəkanı Saakaşvilinin üstünə atmış və ona ölkəni tərk etməyi məsləhət görmüşdü.
Yeri gəlmişkən, qeyd edək ki, bu arada ukraynalı ekspert Oleq Jdanov maraqlı açıqlama ilə çıxış edib. Ekspert bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə ən vacib şeyi anlamaq üçün düz bir il lazım oldu: “Əgər o, ölkədə həqiqətən də nəyisə dəyişmək istəyirsə, yaxud da seçkiqabağı verdiyi vədləri yerinə yetirmək istəyirsə, ona Ukrayna korrupsiya sisteminə bulaşmayan adam lazımdır”.
Onun sözlərinə görə, Zelenskiyə azad insan lazımdır. Məhz buna görə də Mixail Saakaşviliyə Ukrayna baş nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif etməklə bağlı qərar verildi.
“Biz buna Ukraynanın baş naziri təyin olunma perspektivi kimi baxırıq. Bu da onun özünü islahatçı kimi göstərməsindən 3-4 ay sonra baş verəcək”, - O.Jdanov bildirib.
Ekspert qeyd edib ki, Ukraynada Saakaşvili üçün hətta “Taran-insan” ləqəbi də fikirləşiblər: “Ümid edirik ki, o, həqiqətən də bu sistemi taran edəcək və bizim korrupsiyalaşmış dövlətimizdə formalaşan vəhşi dairəni qıracaq”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024