İqtisadiyyat (15-02-2020, 10:00)
Sumqayıt Kimya Sənaye Parkında yanğın təhlükəsizliyi məsələsi müzakirə olunub
14 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin təşəbbüsü əsasında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin rəhbər şəxslərinin iştirakı ilə adıçəkilən müəssisədə görüş keçirilib.
Görüşdə Sumqayıt Kimya-Sənaye Parkında inzibati binaların, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, tibb, dəmir yolu və yanğınsöndürmə qurğularının, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin mövcud yanğın təhlükəsizliyi məsələlərindən danışılıb, nəhəng dövlət müəssisənin, çoxsaylı işçi heyətinin çalışdığı və böyük iqtisadi potensiala malik olan bir yerdə yanğından mühafizə deposunun inşası ilə bağlı təklif müzakirə edilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılıb. Ərazisi 508,1 hektardır. Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların, işlərin və xidmətlərin istehsalı və emalı müəssisələri yaradılıb.
Artıq 18 müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunub.
Görüşdə yanğın təhlükəsizliyi tələblərinə əməl olunması, yanğınsöndürmə avtomobillərinin yanğın hidrantlarından və su hovuzlarından yan alıb su götürə bilməsi, binalardakı daxili yanğın su kranlarının alət və vasitələrlə tam dəstləşdirilməsi, obyektlərin ilkin yanğınsöndürmə alət və avadanlıqlarla, o cümlədən odsöndürənlərlə təmin olunması, könüllü yanğın dəstələrinin belə strateji müəssisədə tam etibarlı yanğından qorunmaya zəmanət verməməsini nəzərə alaraq peşəkar hərbiləşdirilmiş yanğınsöndürmə dəstəsinin yaradılmasının zəruriliyi qarşıya qoyulub, yanğın baş verərsə, zəruri hərəkətlər və vacib olan digər tədbirlər barədə geniş danışılıb, gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi vurğulanıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024