Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-10-2019, 10:14)
Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək

 Bu günədək Azərbaycan və İtaliya arasında 44 sənəd imzalanıb. Onların arasında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.
Mediatv.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, 2018-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları həcmində olub.
“Cari ilin yanvar-avqust aylarında bu göstərici 4,12 milyard ABŞ dolları təşkil edib”, - deyə O.Əsədov əlavə edib.
Spiker bildirib ki, Azərbaycan Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır:
“Ölkəmizin təşəbbüskarı olduğu neft və qaz kəmərləri, reallaşmaq üzrə olan TANAP və TAP layihələri bu fikri bir daha təsdiqləyir.
Azərbaycanın təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək yüz il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir.
Artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avropa ilə Asiyanı ən qısa yolla  birləşdirən mühüm nəqliyyat qovşağıdır".
Milli Məclisin sədri əlavə edib ki, Azərbaycan gələcəkdə iqtisadiyyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024