Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-02-2019, 14:30)
Neft Fondu qızıl ehtiyatlarını 100 tona çatdıracaq

 Azərbaycan Dövlət Neft Fondu 2019-cu ildə qızıl ehtiyatılarının həcmini 100 tona çatdırmağı hədəfləyib.
Mediatv.az  xəbər verir ki, Fondun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, 2018-ci ilin sonuna neft fondunun investisiya portfelində qızılın payı 1 mln. 638 min 186,3 troya unsiyası təşkil edib, bu isə 2 mlrd 93,09 mln. dəyərindədir.
ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini artırmayacağını bəyan edəndən sonra qızıl bazarında tələb yüksəlib.
Ş.Mövsümovun sözlərinə görə, qlobal iqtisadiyyatın inkişaf templərinin zəifləməsi, ABŞ və Çin arasında ticarət münasibətlərinin necə olacağı barədə qeyri-müəyyənlik, həmçinin, fond bazarındakı volatillik, o cümlədən, ABŞ-dakı məlum “şatdaun” qızıla tələbi yüksəldib.
“Biz qərara aldıq ki, indi səhmlərə sərmayə qoymaq vaxtı deyil və bunda yanılmadıq. Təcrübə göstərdi ki, 2018-ci ildə bu cür aktivlər üçün çox pis il oldu”.
O bildirib ki, 2019-cu ildə fondun aktivləri 2,3 mlrd. dollar artaraq 40 mlrd. dollaradək yüksələcək.
Qeyd edək ki, prezident İlham Əliyevin fərmanı ilə fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı qaydalara dəyişiklik edilib və qızıla yatırıla bilən vəsaitlərin həcmi 10%-dək artırılıb.
İstiqrazların və pul bazarı alətlərinin payı isə 60%-dən 55%-ə endirilib. Fond keçən il aktivlərin idarə olunmasından “çox kiçik” gəlir əldə edib, amma fond rəhbərliyi bildirir ki, məhz səhmlərə investisiyanın artırılmaması səbəbindən daha böyük zərərin qarşısı alınıb
.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024