İqtisadiyyat (1-08-2015, 09:48)
Neft Fondunun aktivlərinə daha bir zərbə
Qızılın qiyməti son 16 ildə ən aşağı həddə düşdü
"Dünya bazarında qızılın qiyməti sürətlə ucuzlaşmaqda davam edir. Dünən qiymətlər 1999-cu ildən bu yana ən aşağı həddə enib. Belə ki, qızılın unsiyasının qiyməti 1080 dollara düşüb. Bazarların qarşılıqlı təsiri qanununa uyğun olaraq, qızılla yanaşı digər əlvan metallar, gümüş, mis və platinium da ucuzlaşır". Bu sözləri iqtisadi-ekspert Qubad İbadoğlu "Facebook" səhifəsində bildirib.
Ekspertin verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatı üçün də qızılın və gümüşün qiymətində baş verənlərin təsiri digər qiymətli metallarla müqayisədə daha çoxdur: "Buna səbəb Azərbaycanda bu metalların istehsal edilməsi və eyni zamanda Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsini qızılla formalaşdırmasıdır.
Azərbaycan qızıl hasilatı ildən-ilə genişlənir. Bu işlə məşğul olan "Anglo Asian Mining plc" şirkəti hal-hazırda "Gədəbəy" və "Qoşa" yataqlarında qızıl və digər qiymətli metallar çıxarır. Şirkət avqust ayından yeni "Qədir" yatağında da əsas işlərə başlayacaq. Hasilatın genişləndiyi dövrdə qızılın dünya bazarında ardıcıl ucuzlaşması şirkətin investisiya siyasətinə təsirsiz ötüşməyəcək, bununla yanaşı, formalaşmış tendensiya onun gəlirlərinin, eləcə də Azərbaycan hökumətinin hasilatdakı payının azalmasına gətirib çıxaracaq".
Q.İbadoğlu bildirir ki, digər tərəfdən də 2012-ci ildən aktivlərinin bir hissəsini qızıla investisiya edən Dövlət Neft Fondu bu ilin əvvəlinə qədər qızıl alışlarının ümumi həcmini 30 tona çatdırıb: "Beləliklə də 2014-cü ilin yekunlarına görə, Fondun vəsaitlərin 3,1 faizi qızıl portfelində yerləşdirilib. Bu göstərici əvvəlki illə müqayisədə 0,2 faiz bəndi azdır. Lakin Fondun investisiya siyasətinə görə, qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizinə qədər artırıla bilər. Hesab edirəm ki, qızılın qiymətində durğunluq yaranan ərəfədə və 2012-ci ilin sentyabrından etibarən enmələr müşahidə olunan dövrdə yeni maliyyə aləti kimi qızıl külçələrinə investisiya qərarı strateji olaraq düzgün verilməyib. Çünki dünya bazarında bu məhsulun qiymətinin ucuzlaşmasına görə Fondun qızıl portfelinin gəlirliyi ildən-ilə azalır. Bununla yanaşı, Asiya və Sakit okean hövzəsi ölkələrinə aktivlərinin 13,54 faizini yerləşdirən Dövlət Neft Fondunun Çin səhm bazarında baş verən dəyişikliklər ərəfəsində bu ölkənin iqtisadiyyatına əlavə sərmayələr yönəltməsi də strateji yalnışlıq olar. Nəticədə Fondun itkiləri daha da arta və bu il üzrə vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər əvvəlki ildəkindən (2014-cü ildə bu göstərici 493,7 milyon ABŞ dolları olub ki, bu da illik 1,33 faiz gəlir deməkdir) aşağı düşə bilər. Odur ki, Fondu qızıl alışlarını dayandırmağa və Çin iqtisadiyyatına sərmayə qoymaq qərarından imtinaya çağırıram".
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024