İqtisadiyyat (18-04-2017, 21:31)
Dövlət Neft Fondunun dollarla olan aktivləri məlum oldu
“Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. ABŞ dolları) nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 mln. ABŞ dollarına çatıb”.
Mediatv.az Report-a istinadən xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu artıma ilk növbədə investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi (əsasən avro, Rusiya rublu, funt sterlinq), eyni zamanda aktivlərin dəyərinin yüksəlməsi (xüsusilə, səhm və qızıl portfelinin) əhəmiyyətli müsbət təsir göstərib.
Bununla yanaşı bildirilib ki, SOFAZ 2017-ci ilin ilk rübündə səhm portfelinin məcmu investisiya portfelində xüsusi çəkisini yanvarın 1-i ilə müqayisədə 3,66% bənd artıraraq 12,9%-ə çatdırıb.