Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-07-2017, 20:09)
Tarif Şurasının son qiymət artımları - Statistika

Tarif Şurasının son qiymət artımları - Statistika

 

Tarif (qiymət) Şurası son bir ildə bir neçə sahədə qiymət artımı ilə bağlı yeni qərarlar qəbul edib.

Mediatv.az Report-a istinadən xəbər verir ki,  Şura 2016-cı ilin iyulundan bu günə kimi əsasən elektrik enerjisi, təbii qaz və benzinin müvafiq tarif tənzimlənməsini həyata keçirib.

Ötən ilin 14 iyulunda Azərbaycanda elektrik enerjisinin topdansatış və pərakəndə satış tarifi artırılıb. Belə ki, şuranın iclasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Qərara əsasən, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Yeri gəlmişkən qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik idi.

Tarif Şurasının 2016-cı ilin 28 noyabrındakı iclasında da təbii qazın, elektrik enerjisinin, soba mazutunun, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılaaraq müvafiq tarif tənzimlənməsi aparılıb. Əslində yeni hesablama qaydasına əsasən qaz və işığın qiyməti artıb.
Qeyd edək ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyən olunub.
Eləcə də elektrik enerjisinin istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq olunub. Bununla da təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunub.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Bununla da elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq olunub, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əslində bununla da aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan əhali üçün aylıq elektrik enerjisinin qiyməti bahalaşıb. Başqa sözlə desək, ay ərzində 250 kilovat-saatdan çox enerji işlədən sakinlər buna görə 7 qəpik yox, (normanı keçdikdən sonra ) 11 qəpik ödəməli olublar.

Bununla yanaşı, enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

Şuranın iyulun 14-də keçirilmiş növbəti iclasında qiymət artımı ilə bağlı daha bir qərar qəbul edilib. Belə ki, iclasda “Ai-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qeyd edək ki, qərar bu gündən qüvvəyə minib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024