Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-12-2017, 11:39)
FES-in artım qərarı və üzən manatın taleyi - EKSPERTLƏR DANIŞIR

FES-in artım qərarı və üzən manatın taleyi - EKSPERTLƏR DANIŞIR

 

Federal Açıq Bazar Komitəsi (FOMC) 2017-ci ilin son toplantısını reallaşdırıb.

Mediatv.az  Bloomberg-ə istinadən xəbər verir ki, FES uçot dərəcəsini 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

İclasda, eyni zamanda, FES-in 2018-ci ildə faiz dərəcələrini üç dəfə artırmağı planlaşdırdığına dair siqnallar verilib. O da məlum olub ki, qurum 2019-cu ildə iki faiz artımı planlaşdırır.  

Qeyd edək ki, gözlənildiyi kimi, Çin Mərkəzi Bankı (PBOC) da FES-in arxasınca 7 günlük tərs repo əməliyyatları üzrə 2,50 faiz 30 milyard yuan satıb. Bu əməliyyatlarda faiz səviyyəsi 2,45 faiz olsa da, 28 günlük tərs repo əməliyyatlarında faizlər 2,75- 2,80 faizədək yüksəldilib.

Xatırladaq ki, “Moody's” Asiya Mərkəzi Banklarının da FES-lə paralel faiz artımlarına gedəcəklərini proqnozlaşdırmışdı. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülürdü. Onu da bildirək ki, bundan sonra Türkiyə Mərkəzi Bankı (TCMB) da daxil olmaqla, 5 önəmli mərkəzi bank monetar siyasətlə bağlı iclas keçirəcək. Dekabrın 14-də isə TCMB, Avropa Mərkəzi Bankı (ECB), Böyük Britaniya Mərkəzi Bankı (BoE), İsveçrə Mərkəzi Bankının (SNB) iclaslarında uçot dərəcəsini dəyişə biləcəyi istisna edilmir.

İqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, FES-in qərarının Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər: “Çünki Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir”.

Dolayı və psixoloji təsirlərə gəlincə, iqtisadçı deyir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır: “FES-in qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Mərkəzi Bankın manatın məzənnəsinə müdaxiləsi hazırda güclüdür: “Neftin qiyməti yüksəkdir. Azərbaycanın xarici ticarətində müsbət saldo var. İxrac idxalı üstələyir. Başqa tərəfdən, Mərkəzi Bank pul kütləsinə ciddi nəzarət mexanizmi həyata keçirir.  Vəziyyət bu istiqamətdə davam edərsə, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olacaq”.

Millət vəkili manatın məzənnəsinin qorunub saxlanmasının müsbət və mənfi tərəflərinin olduğunu  da önə çəkir: “Manat istər-istəməz bazar qiymətini almalıdır”. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024