Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-11-2017, 10:11)
"Türk axını"nın ikinci xətti üçün TAP istifadə oluna bilər

"Türk axını"nın ikinci xətti üçün TAP istifadə oluna bilər

 

Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) əlavə olaraq vurulacaq 10 mlrd. kubmetr həcmində təbii qaz "Türk axını" layihəsinin ikinci xətti üçün istifadə oluna bilər.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Enerji Tənzimləyicilərinin Əməkdaşlığı üzrə Agentliyin (ACER) Apellyasiya Şurasının üzvü Maykl Tomadakis "Anadolu" agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya qazını Avropa bazarına çıxaracaq "Şimal axını-2" layihəsi olduqca əhəmiyyətlidir. Şura üzvü bildirib ki, "Türk axını" layihəsinin birinci xəttinin tikintisi davam edir, ikinci xəttin gələcək müqəddəratı naməlumdur: "İkinci xəttin tikintisi üçün olduqca böyük səylər göstərilir. Lakin biz nəzərə almalıyıq ki, "Şimal axını-2" layihəsindən fərqli olaraq, "Türk axını" qurudan keçəcək. Buna görə onun işlənməsi böyük vaxt alacaq".

M.Tomadakis əlavə edib ki, "Türk axını" layihəsinin taleyi qismən "Şimal axını-2" layihəsinin reallaşdırılmasından asılıdır.

"Şirkətlər qarşılıqlı hörmət və ədalətli rəqabət prinsiplərinə sadiq qalarsa, "Şimal axını-2" layihəsinin reallaşdırılmasına heç bir maneə yoxdur. Rus qazının ən ciddi rəqibi elə rus qazıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, "Türk axını" layihəsinin yeni xətti cızılmalıdır: "Yunanıstan şirkətlərinin "Qazprom" ilə imzaladığı niyyət memorandumuna əsasən, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən keçərək İtaliyaya uzana bilər. Ən uyğun marşrut elə TAP layihəsidir. TAP kəmərinə vurulacaq əlavə 10 mlrd. kubmetr həcmində təbii qaz "Türk axını" layihəsinin ikinci xətti üçün istifadə oluna bilər".

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024