İqtisadiyyat (9-07-2015, 12:26)
“Qazprom” “Türk axını” ilə bağlı müqaviləni ləğv edir
“Qazprom” şirkəti “Saipem” italyan şirkəti ilə “Türk axını” dəniz qaz kəmərinin ilk qolunun inşasına dair müqaviləni ləğv edir.
Mediatv.az xəbər verir ki, oxu.az TASS-a istinadən xəbər verir.
“Bu qərar “Türk axını” layihəsinin həyata keçirilməsi istiqamətində bir çox iş və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsi ilə diktə edilib”, – məlumatda deyilir.
Qeyd edilib ki, layihə üzrə digər işlər davam edir. Bundan başqa, “South Stream Transport B.V.” yaxın günlərdə “Türk axını”nın ilk qolunun inşası üzrə yeni potensial podratçılar ilə danışıqlara başlamaq niyyətindədir.
“Saipem”in Qara dənizin dayazlığında “Türk axını”nın inşasına iyunun birinci dekadasında başlaması planlaşdırılırdı.
Daha öncə “Qazprom”un “Türk axını”nın ilk qolunun inşasını 2016-cı ilin sonunda başa çatdırmağı planladığı xəbər verilmişdi.