Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (9-10-2017, 17:32)
TANAP-ın tikintisi müvəqqəti dayandırıldı

TANAP-ın tikintisi müvəqqəti dayandırıldı

 

Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) tikintisi çərçivəsində Kütahyanın Domaniç kəndində Roma dövrünə aid qəbirlər aşkarlanıb. 

Mediatv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TANAP layihəsi üzrə təbii qaz borularının yerləşdirilməsi zamanı arxeoloji qalıqlara rast gəlinib. Vəziyyətlə bağlı  Kütahya Muzeyinin rəhbərliyinə məlumat verilib.

Təbii qaz boru xəttinin tikintisi yönündə qazma işlərinə fasilə verilib. Arxeoloqlar tərəfindən qazıntı işlərinə başlanılıb.

Kütahya muzeyinin direktoru Mətin Türktüzün açıqlamasına görə, qazıntı işlərinə başlanılan sahə 100 metr uzunluğunda və 5 metr genişliyindədir: "Ərazidə II və III əsrə aid Roma dövründə yaşayan insanların məzarları olduğunu düşünürük. Kirəmit şəklində 5 məzar artıq çıxarılıb. Tapılan məzarlarda qadın, kişi və uşaq cəsədləri var". 

Muzey rəhbərliyi bəyan edib ki, ərazi tarixi əhəmiyyət daşıdığından TANAP layihəsi çərçivəsində tikinti-qazma işləri çox diqqətli aparılır. 

Qeyd edək ki, TANAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəql edəcək  "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024