Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-12-2016, 13:44)
Dünya Bankı TANAP-a 800 milyon dollar ayıracaq

tanap
Dünya Bankı TANAP-a 800 mln dollar ayıracaq. Artıq bununla bağlı Dünya Bankının Direktorlar Şurası qərar qəbul edib.
Mediatv.az bankın yaydığı məlumata istinadən xəbər verir ki, Dünya Bankı Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə  ayırdığı kreditin 400 milyon dolları Azərbaycanın zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə, qalan hissəsi isə Türkiyənin zəmanəti ilə “Botaş” şirkətinə veriləcək.
Bununla bağlı açıqlama verən Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Siril Muller deyib ki, TANAP rəqabət şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. “TANAP layihəsi Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək”.
TANAP layihəsi üzrə işlərin 55 faizi görülüb. TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb.
Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 mlrd kubmetrə çatacaq. 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir.
Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024