Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (30-11-2016, 17:44)
OPEK RAZILIĞA GƏLDİ! - Hasilat azaldılır

opek

Mediatv.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın neft naziri Cabbar Əli əl-Layibi bu gün Vyanada bəyan edib ki, OPEK dövlətləri neft hasilatının azaldılması məsələsində razılığa gəliblər.

«Bloomberg» agentliyi nazirə istinadla xəbər verir ki, bu razılaşma 6 aylıq dövrə hesablanıb.

İraq öz maraqlarına xələl gətirmədən özünün neft hasilatını azaltmağa hazırdır, ancaq hələlik azalmanın miqyasını müəyyən etməyib. OPEK-in kənar mənbələrin məlumatına əsasən dərc olunmuş hesabatına görə, oktyabr ayında İraq orta hesabla gün ərzində 4,56 milyon barrel neft hasil edib.

Əl-Layibinin sözlərinə görə, neft hasilatının azaldılması qiymətlərin yüksəlməsi demək olacaq. Bu azalmadan sonra İraq, neftin hər barrelinin qiymətinin 55 dollara (və daha artığa) yüksələcəyinə ümidlidir.

Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalidə əl-Falihin sözlərinə görə, OPEK neft hasilatının 32,5 milyon barrelə qədər (Liviya və Nigeriya hesaba alınmadan) azaldılmasını müzakirə edir.

Bundan başqa, kartel ümid edir ki, OPEK-ə daxil olmayan ölkələr də hasilatın aşağı salınması barədəki razılaşmada iştirak edəcəklər. Onlardan azaltma gözləntisi gün ərzində 600 min barrel təşkil edir.

Bu, Rusiyaya da aiddir. Xalid əl-Falih bəyan edib ki, Rusiyanın hasilatı indiki həcmdə dondurmaq barədəki niyəti karteli qane etmir – Rusiya da hasilatı azaltmalıdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024