İqtisadiyyat (26-11-2016, 17:12)
Bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Mediatv.az: Fonddan “Report”a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 711,557 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,868 mln. manat, “Zaminbank” ASC – 52,334 mln. manat, “Kredobank” ASC – 27,192 mln. manat, “Dekabank” ASC – 3,021 mln. manat, “Atrabank” ASC – 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,928 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,147 mln. manat, “Gəncəbank” ASC – 975 min manat, “Texnikabank” ASC – 120,081 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 424,791 mln. manat kompensasiya alıblar.