Azərbaycanın xarici dövlət borcunun həcmi 2016-cı il oktyabrın 1-nə olan vəziyyətə 7 650,7 mln. ABŞ dolları (12 402,6 mln. manat), borcun ÜDM-ə nisbəti isə 20,1% təşkil edib.
Mediatv.az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu, əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib.