Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-11-2016, 11:44)
Qafqazın ən böyük ticarət mərkəzlərindən olan “Sədərək” dirçəlir

 Qafqazın ən böyük ticarət mərkəzlərindən olan “Sədərək” dirçəlir

 

Kəmaləddin Qədimli: “Sədərək” ticarət mərkəzi dövlətə xidmət baxımından daha böyük işlər görür"

 

Mediatv.az:  Dünyada baş verən iqtisadi proseslər Azərbaycandan da yan keçmədi. İqtisadi böhran, devalvasiya, milli valyutanın dəyərdən düşməsi müxtəlif sahələrdə öz mənfi təsirini göstərdi. Təbii ki, bundan böyük şirkətlər, ticarət mərkəzləri də zərər gördü. 
Devalvasiyanın mənfi təsirləri ölkənin ən böyük ticarət mərkəzi olan “Sədərək” ticarət mərkəzinin işini də müəyyən qədər axsatdı. Minlərlə insanın qazanc yeri olan ticarət mərkəzində hazırda durumun necə olduğunu öyrənmək üçün oraya baş çəkib, sahibkarlarla və ticarət mərkəzinin rəhbərliyi ilə görüşdük. 
Hər sahəyə aid mal və məhsulların satıldığı, ucu-bucağı görünməyən ticarət mərkəzində ötən aylarla müqayisədə bir qədər dirçəlmə müşahidə olunur. Bazarda alıcı sıxlığı yaşanır. Bağlanan obyektlərin bir çoxu yenidən fəaliyyətə başlayıb. Qafqaz ölkələrindən, xüsusi ilə Dağıstan, Çeçenistan, Gürcüstandan gələn biznesmenlər yenidən ticarət üçün buranı seçirlər. Əməkdaşımız ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların durum ilə də maraqlanıb, onlarla həmsöhbət olub. 
20 ildən çoxdur ki, bu ticarət mərkəzində çalışan Fazil Xəlilzadə iqtisadi böhranın yaşandığı dövrdə belə rəhbərliyin köməyi ilə ayaqda dura bildiklərini dedi: “Uzun illərdir ki, bu bazarda çalışıram. İlk dəfə gələndə satıcı kimi işə başladım. Yavaş-yavaş bazarda öz işimi qura bildim. Yəni, ticarət mərkəzində sahibkar kimi formalaşmaq mümkündür və bunun üçün də böyük imkanlar var. Təbii ki, bunun üçün ticarətin dilini də bilmək əsasdır. Burada xərclədiyim illər boşuna getmədi. Təbii ki, rəhbərliyin yürütdüyü uğurlu biznes siyasətini də vurğulamaq lazımdır. Sahibkar-rəhbərlik münasibətləri də önəmli məsələlərdəndir. Elə vaxtlar olub ki, alver zəif olub, ancaq bunlar nəzərə alınıb. Başqa ticarət mərkəzlərində bir ay icarə haqlarını gecikdirəndə, sahibkarı oradan çıxarırlar. Burada isə bəzən aylarla bizə güzəşt edirlər”.
Sahibkarlar onu da vurğuladı ki, bazarda yaşanan hər hansı problemlə bağlı istənilən vaxt rəhbərliyin qapısını döyə bilirlər: “Kənardan asan görünsə də, ”Sədərək" ticarət mərkəzindəki işləri aparmaq kifayət qədər çətindir. Ticarət mərkəzinin girişində rəhbər şəxslərin olduğu idarə yerləşir. Sahibkarlar rahat şəkildə günün istənilən saatında rəhbər şəxslərlə görüşə və problemini bildirə bilir".
Elə biz də “Sədərək”də vəziyyətlə daha yaxından tanış olmaq üçün ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimli ilə həmsöhbət olduq. 
“Sədərək ticarət mərkəzi əvvəlki illərə baxanda çox dəyişib. Bildiyiniz kimi, ilk dəfə hava limanına yaxın ərazidə fəaliyyət göstərirdik. Buraya köçəndən sonra ticarət mərkəzi daha böyük ərazini əhatə etdi. İndi bura müasir tipli və beynəlxalq standartlara cavab verən ticarət mərkəzinə çevrilib. ”Sədərək" Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir. Düşünürəm ki, “Sədərək” ticarət mərkəzi dövlətə xidmət baxımından daha böyük işlər görür. Burada on minlərlə iş yeri açılıb, mağazalar fəaliyyət göstərir. Hər mağazada sahibkar və ya onun yanında çalışan işçilər var. Bunlar da yeni iş yerlərinin açılması deməkdir. Alıcıların, satıcıların sərbəst şəkildə fəaliyyəti üçün nümunəvi şərait yaradılıb".
Ticarət mərkəzinin sözçüsü burada çalışan işçilər və sahibkarlar üçün məscid inşa olunduğunu da bildirdi: “Bazarda çalışanlar üçün bazarın yaxınlığında məscid də inşa etdirilib. Müsəlman bacı və qardaşlarımızın ibadəti üçün normal şərait yaradılıb. Rəhbərlik tərəfindən məscidin daha da genişləndirilməsi nəzərdə tutulub. Hazırda tikinti davam etdirilir, tamamlama işləri aparılır. Məqsəd odur ki, məsciddə eyni zamanda daha çox insan ibadət edə bilsin”.
İqtisadi böhranın təsirlərinə gəlincə, K.Qədimli qeyd etdi ki, dünyada baş verən iqtisadi proseslər bu ticarət mərkəzindən də yan keçmədi: “Devalvasiyanın olması, manatın dollara nisbətən ucuzlaşması ölkədə bütün sahələrə təsir etdi. Bu zaman ticarət mərkəzinin rəhbərliyi tərəfindən sahibkarlara diqqət göstərildi, güzəşt olundu. Mağazaların icarə haqlarında endirim edildi. Şükür ki, birlikdə bu çətin yolu keçdik. Bu gün isə bazar yenidən dirçəlir. Sahibkarların da durumu düzəlir”.
Ticarət mərkəzinin problemlərindən danışan Kəmaləddin Qədimli bazara gələn marşrut avtobuslarının sayının az olmasını diqqətə çatdırdı: “Bu gün əsas problemlərdən biri nəqliyyat sahəsindədir. Əvvəl bazara paytaxtın müxtəlif ərazilərindən marşrut avtobusları işləyirdi. Belə ki, bazara daxil olan bəzi marşrutların istiqamətinin dəyişdirilməsi alıcıların və sahibkarların narazılığına səbəb olub. Misal üçün, 120 nömrəli marşrut avtobusu ”28 May" metrostansiyasından birbaşa buraya gəlirdi. İndi həmin marşrutun istiqamətini dəyişiblər. Həmin ətrafda yaşayan alıcılar üç marşrut dəyişmək məcburiyyətində qalırlar. Təbii ki, belə olan halda onlar daha yaxın ünvana getməli olurlar. Sözügedən məsələ ilə bağlı Nəqliyyat Departamentinin rəhbərliyinə dəfələrlə müraciətlərimiz olub və yenə də müraciət hazırlayırıq".
Həmsöhbətimin sözlərinə görə, nəqliyyat problemi olsa belə, əksər insanlar “Sədərək” ticarət mərkəzinə gəlməyə üstünlük verir: “Əhalinin buranı seçməsinin əsas səbəbi ucuzluq olmasıdır. Digər ticarət mərkəzlərinə nisbətən bura alıcıların ciblərinə uyğundur. Təmizliyi, standartlara cavab verməsi , şəraiti... Bununla yanaşı ərazinin miqyası böyük olduğu üçün çeşid çoxdur. Yəni, alıcı istədiyi malı asanlıqla tapa bilir. Ən əsası isə digər ticarət mərkəzləri ilə müqayisədə qiymətlər bizdə daha ucuzdur. Bizim ticarət mərkəzi Azərbaycanda müştəri sayına görə birincidir və həmişə öndədir. Səbəb  bazarın çox böyük olması, rəhbərliyin münasibəti və alıcıya verdiyimiz dəyərdir”. (Musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024