İqtisadiyyat (29-10-2016, 21:16)
“Razılaşmanın təsdiqi İran və İraqdan asılıdır” – Natiq Əliyev
OPEC-ə üzv və qeyri-üzv ölkələrin ekspert görüşünün nəticəsi olaraq əldə olunmuş Əlcəzair razılaşması üzrə “yol xəritəsi”nin qəbul edilməsi İraq və İranın hansı mövqe tutmasından asılı olacaq.
Mediatv.az xəbər verir ki, “RİA Novosti”nin verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, əgər hətta OPEC-ə üzv ölkələrin çoxu hansısa dərəcədə mövcud tendensiyalara sadiq qalsa da, bütün neft istehsal edən ölkələr bazarda qiymətlərin tezliklə sabitləşməsinə və qiymət artımı tendensiyasının baş verəcəyinə ümid etsələr də, İraq və İran kimi ölkələr bu gün daha çox öz neft hasilatlarını artırmaqda, OPEC-də həmişə tutduqları mövqelərini qorumaqda maraqlıdırlar: “Ona görə də ilin sonuna qədər nə baş verə biləcəyini nəzərə almaq üçün onların mövqeyini aydınlaşdırmaq vacibdir”.