Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-04-2016, 22:08)
"Neftin qiymətinin yüksəlməsinə çalışmırıq"

 

 

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin müzakirəsi gərginləşib.

Mediatv.az xəbər verir ki, Səudiyyə Ərəbistanı razılaşma sənədinə əlavə maddə artırmağı təkidlə tələb edir. Həmin maddədə göstərilir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan bütün dövlətlərin neft hasilatını “dondurmaq” haqqındakı razılaşma sənədini imzalaması mütləqdir. Lakin İran OPEC üzvü olsa da, Doha görüşündən əvvəl bəyan edib ki, hasilatı dondurmayacaq. İranın neft naziri Bijən Namidar Zəncənə Doha görüşü ərəfəsində bildirib ki, İran hasilatı “dondurmaq” haqqındakı sənədi imzalamayacaq. Ona görə də İranın Doha görüşlərinə qatılmasına ehtiyac yoxdur.

Səudiyyə Ərəbistanını Doha görüşündə təmsil edən şahzadə Məhəmməd bin Salman jurnalistlərə müsahibəsində deyib: “... biz neftin qiymətinin yüksəlməsinə çalışmırıq. Bu problem iqtisadiyyatı neftdən asılı olan dövlətlərin problemidir. Bunun bizə aidiyyəti yoxdur. Bizim dövlət proqramında neftin qiymətinin yüksəldilməsi nəzərdə tutulmayıb”. 

Şahzadə onu da vurğulayıb ki, əgər OPEC-ə üzv olan bütün ölkələr, ilk növbədə, İran hasilatı “dondurmağa” razılıq versə, onda Səudiyyə Ərəbistanı da bu təşəbbüsə qoşular.

Səudiyyə Ərəbistanının belə mövqe nümayiş etdirməsi müzakirələrin uzanmasına səbəb olub. (azərtac)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024