Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-09-2016, 11:10)
“Danışılan qaydalar pozulub” – SOCAR prezidenti

c9932b6cbfff05ba58f43714be957639

“Yunanıstan hökuməti DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna zidd hərəkət edib”.

Mediatv.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

“Əvvəlcə danışılan qaydalar pozulub. Biz də Yunanıstan hökumətindən bunun əsaslandırılmasını gözləyirik. Dəyişilən qaydaya əsasən, DESFA-nın qiyməti iki dəfə aşağı enir. Əgər obyektin gəlirliliyi aşağı salınırsa, deməli, onun qiyməti də aşağı enməlidir. Biz bu məsələləri Yunanıstan hökuməti ilə danışıqlarda qaldırmışıq və danışıqlar davam edir”, – deyə R. Abdullayev qeyd edib.
Onun sözlərinə görə, DESFA-da SOCAR-ın payını almaq istəyən İtaliyanın “Snam” şirkəti əqdin bağlanılmasına hazırdır: “İtalyan tərəfdaşımız bizimlə yanaşı danışıqlarda iştirak edir. Burada bir sıra problemlər var. Görünür, Avropada çox bacarıqlı olmaq da qəbul olunmur”.
DESFA Yunanıstanın milli qazpaylayıcı sisteminin operatorudur. Bu şirkət Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR–ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir.
Üçüncü tərəfə satılması təklif olunan səhm paketini İtaliyanın “Snam” şirkəti almaq niyyətindədir.(“APA-Economics” )

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024